01 fevral 2024 18:34
209

Xaricdə təhsil Dövlət proqramı gənclər inkişafında böyük rol oynayır

Məlumdur ki, müasir dövrdə təhsil öz strateji əhəmiyyətinə görə dünyanın yeni inkişaf trendlərini, tərəqqinin konseptual əsaslarını, cəmiyyətin hərtərəfli inkişafını formalaşdırır. Qloballaşan dünyada dinamik, sürətli inkişaf edən təhsil sistemi gənclərmizin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsini daha çox aktuallaşdırır. Bu cür proqramların əhatə dairəsinin genişliyi, beynəlxalq təcrübənin öyrənilməsi gənclərin təhsilinə, onların zəruri bilik və səriştələr əldə etmasinə kömək edir, onları faydalandırır. Həmçinin müxtəlif ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparılması, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi elmdə müsbət nəticələrə gətirib çıxardacaqdır. Proqramda nəzərdə tutulmuş hədəflərə nail olunması gələcəkdə ölkəmizin həm təhsil sisteminə, həm də inkişafna öz təsirini göstərəcək, mühüm peşəkar dəyərlərin öyrənilməsinə xidmət edəcəkdir. Süni intellekt səhiyyə, maliyyə, hüquq və neft-qaz sektoru daxil olmaqla bir çox sahəyə böyük təsir göstərir. Bu istiqamətdə milli kadırların təhsili priolitet sahələrdə yeni metodların tətbiqinə təkan verir.

Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün təsir etdiyi Xaricdə Təhsil Dövlət Proqramı çox önəmlidir. Bu proqramın əsas məqsədi müasir və gələcək iş bazarının tələblərinə cavab verə biləcək rəqabət qabiliyyəti və yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. Hazırda dünya ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində minlərlə azərbaycanlı gənc təhsil alır. Bu gənclərin bir çoxu dövlət proqramı çərçivəsində xarici ölkələrə göndərilsə də , bəziləri də şəxsi hesabları ilə bir sıra ölkələrdə təhsil alırlar. Azərbaycan demokratik və unitar bir ölkədir. Ona görə də hər bir vətəndaş dünyanın istənilən  ölkəsində təhsil ala bilər. Bu zaman həmin diplomların Azərbaycanda tanınması məsələsi və qazanılan ixtisasların burada gərəkli bir ixtisas olması məsələsi də diqqətdə saxlanılmalıdır. Qoşulmama Hərəkatı Türkiyədəki “Türkiyə bursları” Macaristanda “Qarşılıqlı əlaqə” proqramları dövlət proqramları,bunlar hamısı gənclərimizin qabaqcıl xarici təhsil  proqramlarına cəlb edilməsidir.

Daha çox ixtisas seçimi tibb, iqtisadiyyat, informasiya təhlükəsizliyi və kənd təsərrüfatı ixtisaslarına olmalıdır və bu zəruridir. Hətta nəqliyyat infrastruktrunun yenilənməsi ilə bağlıda mütəxəssislərə ehtiyacımız var. Bu istiqamətdə səylər artırılarsa, Azərbaycanda əmək baxarında rəqabət mühiti yaranar və bu da daha keyfiyyətli təhsilimizə gətirib çıxara bilər.

Fəridə İsmayılova,
Xətai rayonu 165№-li tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü