02 fevral 2024 00:36
293

Ağıllanmağın vaxtıdır, haylar!..

Ermənistanda daşnak konstitusiyası və gerbi dəyişsə ideologiyası da dəyişəcəkmi?

Ermənilər yaxşı bilirlər ki, konstitusiyalarında qonşulara ərazi iddiaları ilə bağlı maddələr Azərbaycanla sülh sazişinin imzalanmasına mane olacaqdır. Çünki həmin qanunlar toplusunda daşnakların Azərbaycana qarşı işğalçılıq, yeni ərazilər ələ keçirmək,  türk qanı axıtmaq kimi vəhşi niyyətləri ehtiva olunur. İçlərini yüz illər gəmirib yeyən torpaq əldə  etmək, dövlət qurmaq kimi zəhərli hissləri qanun kitablarında əks etdirməkdən də çəkinməyiblər. Orada “artsax” və “miatsum” ideyaları açıq şəkildə təsbit etdirilib. Qalib Azərbaycan isə bəyan edib ki, xalqlar arasında nifaq yaradan  konstitusiyadakı həmin maddələr çıxarılmalıdır. Əks təqdirdə sülh sazişi bağlana bilməz və Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Ərazi bütövlüyünün tanınmaması isə Ermənistana nələrə başa gələcəyini haylar yaxşı anlamaqdadırlar. Haqqında danışılan həmin Konstitusiya 1995-ci ildə qəbul olunub. Ancaq buna qədər müəyyən proses keçməli olub. 1992-ci ildə Ermənistan müstəqil resublika elan ediləndən sonra yeni konstitusiyanın qəbul olunması zəruri hesab olunub və buna  hazırlıq işləri aparılıb. Yəni, beyinlərindəki zəhərli düşüncələrini qanun kitablarına da hopdurublar.

Həmin ilin sonunda prezident və parlament nümayəndələri konstitusiya layihəsini təqdim ediblər. 1993-cü ilin martında yenidən işlənmiş bir versiyanı irəli sürüblər. Sonra təxminən bir illik işlərdən sonra, Ermənistan İnqilabi Federasiyasının (ARF) rəhbərlik etdiyi altı müxalifət partiyasının bir bloku (hissəsi) 1994-cü ilin yanvarında parlamentin səlahiyyətlərini genişləndirəcək, prezidentin səlahiyyətlərini məhdudlaşdıracaq, eyni zamanda, yerli idarəetmə orqanlarının da səlahiyyətlərini artıracaq alternativ bir konstitusiya layihəsi təqdim edib. Bu konstitusiyaya görə, dünyanın hər yerində yaşayan ermənilərə respublikanın idarə olunmasında iştirak etmək hüququ verilməli və guya 1915-ci ildə baş vermiş olan erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olunmalı idi. 1994-cü ilin əvvəllərində, parlament konstitusiyanın son versiyasını qəbul etməzdən əvvəl müşahidəçilər bir-birlərinə əks qrupların uzun bir mübarizənin şahidi olublar. Nəhayət, 1995-ci ildə qisas aktından fərqlənməyən konstitusiya qəbul olunub. Bununla bərabər, üzərində Türkiyəyə məxsus Ağrı dağının təsviri verilən gerb də buraxılıb. Aydındır ki, Türkiyəyə və Azərbaycana nifrət ərazi iddialarından irəli gəlirdi. Bu, həm də bizlərə xəbərdarlıq idi. Daşnaklar rəsmi şəkildə bildirirdilər ki, güclənən kimi torpaqlarınızı işğal etməyə, sizi qırmağa gələcəyik.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bu günlərdə yeni konstitusiyaya ehtiyacı regionda baş verən geosiyasi dəyişikliklərin nəticəsi adlandırıb.  Bu fikri o, İrəvanda çexiyalı həmkarı Marketa Pekarova Adamova ilə birgə mətbuat konfransında deyib. O, hakimiyyətin Azərbaycanın təzyiqi ilə ölkənin əsas qanununu dəyişmək istəməsinə dair iddiaları təkzib edib: “Biz başa düşməliyik ki, ölkəmiz hansı məqsədləri güdür, Ermənistan Respublikası bunun üçün mövcuddur”. Əslində spiker gözünün içinə qədər yalan danışır. “Dəmir yumruq”dan sonra hələ də özünə gələ  bilməyən  Hayastanın rəhbərləri artıq anlayıblar ki, konstitusiyasını dəyişməsələr Ermənistanı yeni daha böyük müsibətlər gözləyir. Axı, 1918-ci ildə quraşdırılan Ermənistanın ərazisi cəmi 9 min kvadratkilomet təşkil edirdi. Azərbaycan Prezidenti bir neçə çıxışında bu faktı ermənilərə xatırladıb. Şübhəsizdir ki, rəsmi İrəvan Azərbaycan Prezidentinin bu xatırlatmasından nəticə çıxarmaq məcburiyyətində qalıb. Ona görə də çarəsizlikdən hərəkətə keçiblər.

Təəccüblüdür ki, Alen Simonyan Azərbaycan Konstitusiyasının da dəyişdirilməli olduğunu iddia edib. Lakin o, bizim Konstitusiyada Ermənistanı narahat edəcək hansı maddənin olduğunu göstərə bilməyib. Çünki belə bir maddə yerli-dibli yoxdur. Azərbaycan öz qanunlar toplusunda heç bir ölkəyə ərazi  iddiasında olduğunu iddia etmir.

Baş nazir Nikol Paşinyan yanvarın 19-da keçirilən hökumətin iclasında bildirib ki, Ermənistana yeni geosiyasi və regional şəraitdə ölkəni daha rəqabətli və həyat qabiliyyətli edəcək fundamental qanun lazımdır. Bu, o deməkdir ki, məğlub Ermənistan qonşuları ilə dil tapıb axmaq iddialarından əl çəkməlidir. Paşinyan öz sərsəm daşnaklarına mesaj verir ki, ağıllanmağın vaxtıdır, sonra gec olar. Təbii ki, həmişə fürsətcil olan haylar bir müddət öz iddialarını və davakar hərəkətlərini donduracaqlar. Haylar çullarını dəyişsələr də, əməllərini dəyişməzlər. Dəyişsələr erməni olmazlar axı. Ancaq yaxşı olar ki, beyinlərini təmizləyici tozlarla yuyub zəhərli fikirləri, əsassız ərazi iddialarını oradan çıxarsınlar. Məsələn, ya feyri ilə, yaxud domosteslə...

Vəli İlyasov, "İki sahil"