01 fevral 2024 11:28
374

Gənclər Azərbaycanın gələcəyidir

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Ümummilli Liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Ulu öndər çıxışlarının birində bu barədə deyib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir”. Ulu Öndərin hakimiyyətinin ilk illərindən belə gənclərə yüksək qayğı göstərməsini bir daha sübut etmişdir.

Hər bir gənc vətənpərvər olmalıdır. Bu, təkcə milli orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik. Gənclər bu gün milli dəyərlər üzərində qurulmuş müstəqil Azərbaycanın dövlət quruculuğunda, ərazi bütövlüyünün təmin olunmasında da aparıcı rola sahib olub.           

Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Eliyeva Azərbaycan gəncliyinin sağlamlığı, təhsil, bilik və peşəkarlıqların artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görürlər. Nəticədə bu gün Azərbaycan Gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasında yaxından iştirak edir və dövlətmizin təriqqisi naminə öz bacarıqlarını əsirgəmirlər.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Misal olaraq qısada olsa qeyd etmək lazımdır ki, Vətən uğrunda gedən döyüşlərdə Müdafiə Sənayesi Nazirliyi və struktur bölmərində çalışan toplumun əksər heyyətini təşkil edən gənclər dahada inamla və qətiyyətlə çalışıblar və bugündə yeni nailiyyətlər əldə etməkdədirlər.

Vətən! Onun yolunda canından keçən, şəhid adını şərəflə qəbul edən soydaşlarımızın bizə əmanətidir. Əmanəti hər zaman əziz tutmağı, göz bəbəyi kimi qorumağı milli-mənəvi dəyərlərimizdən öyrənmişik və biz gənclər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında dahada yeni, şanlı tarix yazmağa hər an hazırıq.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındayıq.

Azərbaycan gənci sabaha daha inamla, ümidlə gedir. Bilir və inanır ki, hələ qarşıda çoxlu qələbələr var. O qələbələrin yaradıcısı, sahibi daim qalibiyyət kürsüsündə olmağa adət etmiş Azərbaycan gəncliyidir.  

Həsən Ağayev,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitunun əməkdaşı,
YAP Xətai rayon təşkilatının üzvü