31 yanvar 2024 22:46
326

Ronaldu Messi ilə matçda oynamayacaq

“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə argentinalı hücumçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” arasında keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.

“İki sahil” xəbər verir ki, məlumata görə, Ronaldu əzələ zədəsi ilə bağlı MLS klubu ilə oyunda meydana çıxmayacaq.

Bildirilir ki, “Ən-Nəsr” 38 yaşlı futbolçunun sağlamlığını riskə atmağa hazır deyil və onu meydana buraxmayacaq.

Xatırladaq ki, komandalar arasında görüş fevralın 1-i cümə axşamı baş tutacaq.