25 iyul 2026 20:37
94

Norris "Formula-1" üzrə Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

"Maklaren"in pilotu Lando Norris Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

“İki sahil” xəbər verir ki, yarışlar "Hunqarorinq" avtodromunda keçirilir.

İkinci yeri "Ferrari" komandasının pilotu Lyuis Hemilton, üçüncü yeri isə onun komanda yoldaşı Şarl Lekler tutub.

Qeyd edək ki, əsas yarış iyulun 26-da keçiriləcək. Yarış Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.