31 yanvar 2024 18:22
491

Kerem Aktürkoğlunun vurduğu qol Çempionlar Liqasının ən yaxşısı seçilib VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsində vurulan ən yaxşı qol bəlli olub.

“İki sahil” xəbər verir ki, "Qalatasaray" - "Mançester Yunayted" matçında Kerem Aktürkoğlunun vurduğu qol bu mükafata layiq görülüb.

Xatırladaq ki, İstanbulda “Mançester Yunayted”lə 3:3 hesabı ilə başa çatan matçda Kərəm Aktürkoğlu komandasının bərabərlik qolunu vurmuşdu.

Türkiyəli futbolçunun bu qolu həm də həmin həftə vurulan ən yaxşı qol seçilmişdi.