"Sevilya"dan ayrılan İvan Rakitiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
“İki sahil” xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi "Əl Şabab"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, Rakitiç 2020-ci ilin yayından "Sevilya"da çıxış edirdi. O, daha əvvəl "Barselona", "Şalke" və "Bazel"də də oynayıb.