31 yanvar 2024 09:26
328

Azərbaycan kuboku - "Qəbələ" "Araz-Naxçıvan"a, "Neftçi" "Sumqayıt"a qarşı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, növbəti oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq. Günün digər matçında isə "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. Görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, 1/4 finalın cavab matçları 8-9  fevral tarixlərində oynanılacaq.

Azərbaycan kuboku,

1/4 final

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
“Kapital Bank Arena”

30 yanvar (çərşənbə axşamı)

“Sabah” 1–7 “Qarabağ”

“Səbail” 1–2 “Zirə”

Yarımfinal cütlükləri

"Səbail"/"Zirə" - "Araz-Naxçıvan"/"Qəbələ"
"Sumqayıt"/"Neftçi" - "Sabah"/"Qarabağ"