28 yanvar 2024 11:44
396

AŞPA-nın siyasətinin mərkəzində Azərbaycanofobiya və İslamofobiya dayanır

Azərbaycanı gözü götürməyən ölkələr,ölkəmizə qarşı çıxmağa başlayıblar. Bu ermənipərəstlər Odlar Yurdunun qələbəsini həzm edə bilmirlər.
Onlar necə olursa –olsun öz çirkin niyyətlərini həyata keçirtmək üçün hər vasitəyə əl atırlar.

Bu dəfə Avropa Şürası Parlamenti Asambleyasında Azərbaycan nümayəndə heyyətinin səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb. Bu düzgündürmü? Yenə də erməni yalanları və onların havadarları öz iyrənc əməllərini ,niyyətlərini həyata keçirməkdədir.Yenə görürük ki, 30-il necə ki ermənilər müdafiə olunub, indi də müdafiə olunur.

Qərbin bəzi siyasi dairələri bizim tarixi Qələbəmizi həzm edə bilmir. Azərbaycanın beynəlxalq qanunvericiliyə əməl etməsinə baxmayaraq, təzyiq hədəfinə tuş gəlməsi ikili standartların bariz nümunəsidir. Amma Azərbaycan hər zaman haqlı mövqeyini nümayiş etdirib və bundan sonra da mövqeyini dəyişdirməyəcək. Avropa Şurası bütün məsələlərdə insan haqlarını əsas gətirsə də, amma insanların dininə, rənginə, irqinə uyğun olaraq öz yanaşmasını irəli sürür.

Bir milyona yaxın qaçın və məcburi köçkün azərbaycanlının taleyi insan hüquqları məsələsində Avropa Şurasının diqqətindən kənarda qaldı. Onlar, sadəcə, təəssüflənməklə öz münasibətlərini bildirdilər. Avropa Şurası Parlament Assambleyasının məlum qərarı Azərbaycana qarşı atılmış növbəti yanlış addımdır. Qərb Cənubi Qafqazda sülh, barış, həmrəylik istəmir və Azərbaycanı da burada hədəf seçib. AŞPA-nın bu siyasətinin mərkəzində Azərbaycanofobiya və islamofobiya durur. AŞPA və digər anti-Azərbaycan ünsürlü qüvvələrinin ayrı-seçkiliyi, etnik və dini nifrəti, ikili standartları, təkəbbürlülüyü, şovinist siması Azərbaycanın güclənməsi və torpaqlarını işğaldan azad etməsi ilə özünü daha aydın şəkildə büruzə etdi.

AŞPA-nın bu siyasəti heç nə ilə Qalib Azərbaycana təsir etməyəcək.Bizim yolumuz haqq yoludur.Bəli,biz haqq yolu ilə gedəcəyik.

Lütfiyyə Abdullayeva,
Xətai rayonu, T.Bağırov adına 59 saylı məktəbin müəlliməsi,
YAP Xətai rayon təşkilatının üzvü