26 yanvar 2024 18:47
186

AŞPA qərəzli mövqeyi ilə özünü ifşa edib

Azərbaycan AŞPA ilə əməkdaşlığı və təşkilatdakı iştirakını qeyri –müəyyən müddətdə dayandırıb.Bu barədə Azərbaycan Respunlikasının Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti yanvarın 24 –də qurum iclasında bəyanatla çıxış edərək bildirib    

Buna səbəb Avropa Şurasının Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının olduğu bildirilir.Nümayəndə heyyətimiz Strazburqda tədbirin keçirildiyi məkanda çıxış edərək Azərbaycanın+ milli maraqlarına ,dövlətçiliyinə uyğun olaraq bele bir addım atdılar. Bu məlumatı eşitdiyim andan bəri hər bir Azərbaycan ziyalısı kimi mənidə bir məsələ düşündürü.Nəyəci ildən  görə Avropa dövlətləri bizə qarşı edilən bu haqsızlığa göz yumur ,öz səsini qaldırmır?

30 il torpağı işğal olunan ,bir milyondan çox qaçqını və köçkünü olan ,şəhərləri,kəndləri viran edilən ,təbii sərvətləri talan edilən biz Azərbaycanlılar olduğumuz halda Avropa Şurası bibi müdafiə edəcək heç bir qərar vermədi.Daim ermənilərin tərəfin tutdu.Halbuki 2001- ci ildən Azərbaycan AŞPA-nın üzvü olub .Həmin vaxtdan bəri Azərbaycan nümayəndə heyyəti ölkəmizdə baş verən hadisələr barədə dəfələrlə  Avropa Şurası qarşısında məsələ qaldırıb. Avropa Şurası  isə bildirib ki,”Biz siyasi məsələlərə qarışmırıq ,bu sizin öz işinizdir,ölkələrarası məsələlərinizdi.”Ermənistandakı,Qarabağdakı  soydaşlarımız yurd-yuvasında qovuldular “Böyük Avropa” susdu. Kəndlərimiz ,şəhərlərimiz yer üzündən silindi ,daşı-daş üsdə qalmadı yenə səsləri çıxmadı.İndi dövlətimiz Ali baş komandanın siyasəti ,qəhrəman oğullarımızın şücaəti sayəsində torpaqlarımızı azad  etdikləri bir vaxtda Avropa Şurası Parlament Assambleyası özünün iç üzünü gösdərdi.

Görünür onlar bizim suverenliyimizi ,günü-gündən güclənən dövlətimizi ,Şuşada Xankəndindı,Ağdamda,Laçında eləcə də işğaldan azad olunmuş digər rayonlarımızda Azərbaycanın üç rəngli bayrağının dalğalanmasını həzm edə bilmirlər.Məhz buna görədə ermənilərin torpaqlarımızdan zorla qovulduqlarını,siyasi məhbuslarla görüşə bilmədiklərini ,Laçın dəhlizinə manitorinq missiyası üçün nümayəndə qəbul etmədiyimizi,AŞPA –dan seçkilər üçün mühşahidəçilər dəvət etmədiyimizi bəhanə gətirərək nümayəndə heyyətimizin ASPA –dakı fəaliyyətlərini 1 il müddətində məhdudlaşdırdığını bildirdilər.

Düşünürəm nədi bu qərəzli qərar ,Ona görə ki,biz müsəlmanıq? Ona görə ki,  müstəqilik? Öz qərarlarımızı özümüz veririk?Günü-gündən gözəlləşən möhkəmlənən ,yetərincə təbii sərvətlərə malik olan güclü bir dövlətimiz  var?

Hər halda nə düşündüklərini bilmirəm.Təkcə omu bilirəm ki ,nümayəndə heyyətimizin qərarı doğru ,düzgün qərardır.Biz heç kimdın qorxmuruq və heç kimədə boyun əymirik. Çünki haqq bizim tərəfimizdədir. Haqlı olanlar isə həmişə qalib gəlirlər.

Şəhla Əmirova,
Xətai rayonu, T.Bağırov adına 59 saylı orta mətəbin ibtidai sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü