26 yanvar 2024 18:04
93

AŞPA erməni lobbisinin təsirindən kənara çıxa bilmir

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərk keçirilən bir ölkədir. Vətəndaşlarımız artıq sözün əsil mənasında alışıblar ki təkcə paytaxtımızda yox bölgələrimizdə də davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir.Azərbaycan artıq dünyanın beynəlxalq siyasi iqtisadi mədəni və idman tədbirlərinin keçirildiyi ünvanlardan biridir.Dünyanın siyasi xəritəsində qalib xalqın ölkəsi olan  və müasir dünya üçün aktual hesab edilən humanitar mesajları beynəlxalq münasibətlər sisteminə ötürən artıq tamamilə yeni Azərbaycan var .Əlbəttə ki bu bizim hamımızın uğurudur.Bu cür naliyyətlər diplomatik peşəkarlığın və ardıcıl siyasətin nəticəsidir.Bəzi dövlətlər bizim Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu siyasətini həzm edə bilmirlər.Sıravi vətəndaş kimi ordumuzun qələbəsi ilə torpaqlarımızın alınması ilə Vətənimizin bütövlüyü ilə fəxir edirəm.

Ermənistan bizə qonşu olan dövlət.Riyakar siyasət yeridib həmişə.Onların bu riyakar siyasətini müdafi edən dəstəkləyən ölkələrdə az deyil.Bu ölkələr Azərbaycanın uğuruna heç sevinmirlər hər addiminda yalan riyakar siysəti dəstəkləyirlər.Lakin Azərbaycanın haqq səsi qarşısında Azərbaycanın uğurlu siyasəti qarşısında olduqca acizdilər.Var ol xalqım var ol millətim.var ol igid əsgər.

Məlum olduğu kimi Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədi. Bu qərar və onun qəbul edilməsi üçün göstərilən səbəblər tamamilə əsassız və böhtandır, ölkəmizə uzun illərdir sərgilənən ikili standartların, qərəzli yanaşmanın bilavasitə davamıdır.

AŞPA kimi beynəlxalq bir qurumun əsas öhdəliyi insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olmaq, öz işində ədalət, bərabərlik və üzv dövlətlərin suverenliyinə hörmət prinsiplərinə əməl etməkdir. Təəssüf ki, uzun illərdir AŞPA erməni lobbisinin və onun tərəfdarlarının anti-Azərbaycan siyasətinin təsirindən kənara çıxa bilmir, Azərbaycanın haqq səsini eşitmir, daha doğrusu eşitmək istəmir. Azərbaycana qarşı yürütdükləri qərəzli siyasətin mahiyyətində azərbaycanofobiya və islamofobiya dayanır. Sözdə açıq dialoq və konstruktiv əməkdaşlığı təbliğ edən beynəlxalq birlik ikitərəfli və bərabərhüquqlu əməkdaşlıqdan imtina edərək Ermənistanın müdafiəçiləri kimi çıxış edərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bu, erməni lobbisindən qidalanan Azərbaycanofobiya və İslamofobiya təfəkkürlü avropalı deputatların korrupsiya və rüşvətxor əməllərinin təzahürüdür. Bu cür qərarlarla əslində qurumun əsl mahiyyəti ortaya çıxır, dünya ictimaiyyətinin gözündən düşür.  Heç bir dövlət və ya təşkilat ölkəmizlə hədə və təhdid dili ilə danışa bilməz. Azərbaycan öz müstəqil və suveren siyasətini bundan sonra da uğurla davam etdirəcək.

Nigar Abdullayeva,
Xətai rayonu, 64 nömrəli məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü