26 yanvar 2024 13:29
331

AŞPA - Avropanın Şovinist Parlament Assambleyası və ya Azərbaycanofob Şurasının Parlament Assambleyası

Azərbaycanın İkinci Qarabağ müharibəsində parlaq qələbə qazanması, ölkəmizin daha da qüdrətlənməsi və dünya miqyasında nüfuzunun günbəgün artması Azərbaycanofob, anti-Azərbaycan dairələrin xeyli narahatçılığına səbəb olub və uğurlarımız fonunda bu narahatçılıq daha da artmaqdadır. Bu əsnada Avropa Şurasının Parlament Assambleyası xüsusi "fəallığı" ilə seçilir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Yanvar ayının 22-də Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyyətinin etimadnamələrinin təsdiq edilməməsi AŞPA-nın əsl simasını ortaya qoymaqla yanaşı bir daha göstərdi ki, bu qondarma qurum anti Azərbaycan qüvvələrin əlində əlatə çevrilib və erməni lobbisinin maraqlarına xidmət edir. Təşəbbüsü irəli sürən Frank Şvabe çıxışında 100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulmasını və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib. İlk öncə onu qeyd etmək yerinə düşərdi ki, bu qərəzli və əvvəlcədən planlaşdırılmış təşəbbüsün almaniyalı deputat tərəfindən irəli sürülməsi formal xarakter daşıyır. Əlbətdə bütün bu biabırçılıqların təşkilatçısı Fransadır və Fransa öz çirkin məqsədini həyata keçirmək üçün Almaniyadan istifadə edir. Dünyanın 50-dən çox ölkəsində qırğınlar törətmiş Fransa görünür öz çirkin məqsədlərini həyata keçirmək üçün digər dövlətlərdən istifadə etməyə artıq vərdiş edib. Buna bariz nümunə olaraq Ermənistanı göstərmək olar və qeyd etmək yerinə düşərdi ki, bu gün Ermənistanın ağır vəziyyətdə və böhranlar içərisində olmasının əsas səbəbkarlarından biri də məhz Fransa və onun anti-sülh, qərəzli siyasətidir.  Daha sonra qeyd etmək yerinə düşərdi ki, heç bir halda Qarabağ ermənilərinin zorakılıqla qovulmasından söhbət belə gedə bilməz. Tam əksinə olaraq hər şey bütün dünyanın gözü qarşısında baş vermişdir: Qarabağ ermənilərinə Bakıdan dəfələrlə humanitar yardımlar yola salınmış, Azərbaycan  əsgəri və polisi erməniəsilli sakinlərə su, çörək, un məmulatları paylamış və sair və ilaxır. Azərbaycanın Ermənistana qarşı etdiyi humanist addımları saymaqla bitməz.

İstər Ermənistanın işğal dönəmində, istər İkinci Qarabağ müharibəsində, istər postmüharibə dövründə, istərsə də antiterror əməliyyatları zamanı-bir sözlə Azərbaycan hər zaman Ermənistanla münasibətdə yüksək səviyyəli humanislik və böyük səbr nümyaiş etdirmişdir. Lakin Ermənistan silahlı qüvvələri 90-cı illərdə işğal etdiyi rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirmiş və bir milyondan çox soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. Eyni zamanda Ermənistan tərəfi dəfələrlə təxribatlara əl atmış, şəhərlərimizi raket atəşinə tutaraq sivil vətəndaşlarımızı qətlə yetirmişdir. Çox təəssüf ki, bütün bunlara baxmayaraq Avropa Şurasının Parlament Asambleyası erməni vəhşiliklərini görməzdən gəlmiş, heç bir tədbir görməmişdir. Çünki, müstəqil siyasətimizi, Ermənistanın ağır məğlubiyyətini və tam suverenliyimizi həzm edə bilməyən bu qurumun gözünü erməni sevigis, erməni maraqları və erməni maliyyəsi tam örtüb:

“Dözülməz irqçilik, Azərbaycanofobiya və bütün bu biabırçılıqlar fonunda Azərbaycan nümayəndə heyyəti  AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını  qeyri-müəyyən müddətə dayandırdı ki,  bu da AŞPA-ya verilmiş ən gözəl və layiqli cavab və dərs oldu. Bununlda bir daha göstərdik ki, Azərbaycan dünyada ədaləti təkbaşına bərpa edən dövlətdir, bizim Dəmir Yumruqlu İlham Əliyev kimi Liderimiz var və möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, heç kəs bizimlə dəfə-qorxu dili ilə danışa bilməz.”