25 yanvar 2024 23:18
449

Antimilli ünsürlərin rəzil AŞPA sevgisi: Niyə Avropa təsisatlarının qarşısında böynü bükükdürlər?

Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qeyri-ciddi və qərəzli təşkilatla əməkdaşlığını dayandırması  son günlərdə  daha radikal,  anti-Azərbaycan mövqeyini  bildirən korrupsioner  quruma  əsl türklərə  layiq paşa  şilləsi oldu.

Mənliyini, milli təəssübünü avropalı havadarlarına satan xəyanətkarlar

Amma   xarici düşmənlərimizdən daha artıq xalqımıza düşmən olan, elə Avropanın küçələrində gün keçirib, uğurlarımızı həzm edə bilməyən antimilli satqınlarımız Azərbaycanın  AŞPA-dakı nümayəndə heyətinin  qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırması xəbərini  sevinclə qarşıladılar.  AXCP, Müsavat  funksionerləri,  radikal dairələrin əlində oyuncaq olan ermənipərəst  qaragüruhçular,  xarici ölkələrin zibilxanalarında  gün keçirənlər yenə də “Azərbaycanın  zərərinə olanlar bizim xeyrimizədir” şüarlarını  səsləndirirlər.   Azərbaycanın qətiyyətinin rəmzi olan bu seçimi  özlərinə məxsus bataqlıq təfəkkürü ilə “qiymətləndirərək” sosial şəbəkə ünvanlarını iyrənc açıqlamaları ilə qaraldırlar.  AXCP sədri  Əli Kərimlinin  «Biz Avropadan  uzuqlaşdıqca , Ermənistanın  dostları artacaq. Bizim  Avropa ilə «döyüşməyimiz» Ermənistanın müttəfiqlərini çoxaldacaq» sözlərinə diqqət yetirək.  Mənliyini, milli təəssübünü çox sevib qürurlandığı avropalı  havadarlarına satan   xəyanətkar Əli Kərimliyə xatırladaq ki,  sənin kimi dostu, canıyananı,  qanı, canı bir olan  Ermənistana  əlavə müttəfiq gərək deyil. İkinci Qarabağ  müharibəsində qazandığımız Qələbəni kədərlə qarşılayan, Silahlı Qüvvələrimizə  şər-böhtan yagdıran, şəhidlərimizin ruhu qarşısında xəcalət çəkməyən Əli Kərimli kimilər üçün Vətən, yurd sevgisinin heç bir anlamı yoxdur. 

Azərbaycan haqqında əsası olmayan  yalanları, böhtanları AŞPA kimi digər təsisatlara satan «əlilərin» paylaşdıqları açıqlamalarında utanmadan «xalqa hörmət» ifadəsini işlətməyə haqları yoxdur. Çünki onlar xalq arasında lənətlənən simasızlardırlar.

AXCP ünsürlərinin platforması AŞPA, Avropa Parlamenti kimi xəyanət, ikili standartlar zibilliyidir

AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli  radikal, cılız düşüncəsi, anti-Azərbaycan ruhu ilə  sədrindən geri qalmır. Onun Azərbaycan nümayəndə heyətinin haqsızlığa qarşı qətiyyətini biabırçılıq adlandıraraq , «neqativ» nəticələrdən söz açması gülüncdür.    Utanmadan «Ermənistan revanşistlərin  gücünün artdığı» ifadəsini işlədən, ölkəmizin   siyasi iradəsini, qətiyyətini, milli qürurunu  anlamayan  «yurd şefi»nin  dəstəkçisinin Azərbaycan üçün “platforma” axtarması gülüncdür. Bu zat unudur ki,   Qoşulmama Hərəkatı kimi təsisata  sədrliyi müddətində  qurumda  apardığı islahatları ilə  hamını heyran edən  Azərbaycanın təşəbbüsü ilə yaradılan siyasi, iqtisadi, humanitar platformalarda  neçə-neçə dövlət və hökumət başçıları  Prezident İlham Əliyevlə   həmrəyliklərini etiraf edirlər.  AXCP  ünsürlərinin    platforması isə qarşılarında boyun bükdükləri  AŞPA, Avropa İttifaqı, Avropa Parlamenti kimi xəyanət,  ikili standartlar zibilliyidir.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynin Azərbaycanı «qaranlıq ölkə»  adlandırması korluq əlamətidir. Bu qargüruhçuya  siyasətlə məşğul olmaq əvəzinə oftalmoloqa müraciət etməsini, arada bir  eynəklə də olsa Azərbaycanın simasına heyran qaldığını bildirən xarici qonaqların ölkəmizlə bağlı dedikləri xoş sözləri oxumağı tövsiyə edirik. Ümumiyyətlə sosial şəbəkələri zəbt edən AXCP-nin  ünsürləri- Məmməd İbrahim, Aqil Əli Məhərrəm kimi digərləri də  ürəklərindəki Vətənə xəyanət  çirkablarını, pasların açıqlayıblar.  Əli Kərimlinin xəyanətkarlığının hiss olunduğu bütün açıqlamalarında  duyulan AŞPA, erməni sevgisinin  qarşılığı təbii ki, qulların xidmətinə verilən qəpik –quruş olacaq.

Gültəkin Hacıbəylidən soruşmaq lazımdır ki…

«Milli Şura»nın Koordinasiya Mərkəzinin üzvü  Gültəkin Hacıbəyli   də  məsələyə münasibətini bildirib. Bu məqamda   bir vaxtlar AŞPA-da  Azərbaycanı təmsil edən bu şəxsdən soruşmaq lazımdır ki,   bu qurumun saxtakarlığını hamıdan artıq sən hiss etmisən. Azərbaycan naminə heç bir iş görüb, təşəbbüs qaldırmamısan, indi niyə qaşıq aşdan isti oldu.   

«Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, «dəmir yumruq»” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Heç kim onu da unutmasın ki, Qarabağ Azərbaycandır!» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq Qarabağ problemi həll olunub. Azərbaycan Bayrağı ölkənin bütün ərazisində dalğalanır. Qərbi, Avropanın ermənipərəst, islamofob qüvvələrini təşvişə salan da budur. Ona görə də ölkəmizə qarşı qərəzli olan, siyasi riyakarlıqdan əl çəkə bilməyən AŞPA kimi beynəlxalq qurumlardan istifadə  bumeranq effekti yaradacaq. İslamofob, türkofob siyasətinin önündə gedən AŞPA-nın, Avropa İttifaqının rəsmilərinin özlərini yormağa ehtiyac yoxdur. Nə qədər riyakarlıq, saxtakarlıq, təhdid və təzyiq etsələr də qazanan Azərbaycan reallığı, demokratiyası, xalqımızın birliyi olacaq. 50 milyonluq Azərbaycan xalqının səsini susdurmağa heç kimin gücü çatmaz!

Xuraman İsmayılqızı, «İki sahil»