15 yanvar 2024 23:32
293

“Üç palma”çı Qənimət Zahid yenə özünü ifşa etdi

2020- ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində qəhrəman ordumuz Qarabağı və Şərqi Zəngəzuru təcavüzkar Ermənistanın 30 illik işğalından azad edərək Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bu gün Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı uğurla icra olunur.

Təbii ki, bu tarixi Qələbənin təməlində Azərbaycanın ötən müddətdə uğurla həyata keçirdiyi xarici siyasət, ordu quruculuğu, sosial-iqtisadi inkişaf, vətəndaş-iqtidar həmrəyliyi və ölkəmizin regional güc mərkəzinə çevrilməsi siyasəti dayanırdı.

Azərbaycanın tarixi Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqların fonunda bu gün respublikamız təkcə regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Məhz bunların, xüsusilə də dünyada gedən proseslərə yeni baxışın praktiki cəhətdən reallaşdırılmasının nəticəsidir ki, ölkəmiz hətta üzv olmadığı beynəlxalq qurumlarda belə öz sözünü deyə bilir.

Təbii ki, bütün bu uğurlarımız anti-Azərbaycan dairələri və onların maşası olan antimilli ünsürləri həddindən artıq çox narahat edir, necə deyərlər, kürklərinə birə salır. Bəzi xarici ölkələrin təhlükəsizlik xidmətlərinin təsiri altında olan təşkilatlardan maliyyələşən, öz şəxsi ambisiyaları naminə milli maraqları tapdalayan “sapı özümüzdən olan baltalar” son vaxtlar Azərbaycanın əleyhinə həyasızcasına apardıqları “qara piar” kampaniyasını daha da genişləndiriblər.

Bu satqın, üzdəniraq dəstə milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxaraq xəyanətkar fəaliyyətlərinin miqyasını gündən-günə genişləndirirlər. Belələrindən biri də vaxtilə Xocalı soyqırımının ildönümü günü bir əxlaqsızlıq yuvasında küçə qadınları ilə əyyaşlıq edərkən yaxalanan, sosial şəbəkələrdəki küçə jarqonları ilə məşhuri-cahan olan Qənimət Zahiddir.

Ermənipərəst dairələrin maliyyəsi ilə fəaliyyət göstərən “Azərbaycan saatı” internet tv-sində ölkəmizdə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri barəsində həyasızcasına dezinformasiya və feyk informasiyalar yaymaqla ermənilərin tezislərini təkrarlayan, psixoloji, mənəvi-əxlaqi sarsıntılar girdabında çırpınan Q.Zahid özünün çirkin “fəaliyyət”ni cəmiyyətimizə  “jurnalistika” kimi sırımağa çalışsa da, heç nəyə nail ola bilmir.

Ölkəmizin milli maraqlarını Azərbaycan əleyhdarlarının beş-on quruşuna satan, xaricdəki ağalarının sifarişi ilə antimilli missiyasını bu gün də ləyaqətsizcəsinə davam etdirən Q.Zahid kimilərin internet tv-lərdəki  bəsit, yorucu, məntiqsiz monoloq və “moizələri” insanlarımıza vız gəlir. Çünki cəmiyyətimiz vaxtilə Xocalı soyqırımının ildönümü günü “Üç palma” biabırçılığı ilə gündəmi zəbt edən, eləcə də Soros fondundan gələn yüzminlərlə pulu “əqidədaşı” Ə.Kərimli ilə bölmək istəmədiyinə görə, daha doğrusu, ona “atdığı” üçün Fransada “cəbhəçilərlə” əlbəyaxa olan, əxlaqdan kasad Q.Zahidi yaxşı tanıyır. Onun kimilərin Azərbaycan dövlətinin əleyhinə apardıqları təbliğat xalqımızın birliyini, həmrəyliyini heç vaxt poza bilməz. Çünki xalqımız bəzi xarici siyasi dairələrin və erməni lobbisinin tapşırıqlarını yerinə yetirən Qənimət Zahid kimi antimilli ünsürləri çoxdan tarixin zibilxanasına yollayıb.

Zahid Rza, “İki sahil”