15 yanvar 2024 11:03
242

Şəhidlərimiz Vətən sevgisi ilə əbədiyyətə qovuşub!

"Şəhidlər ölməz, Vətən bölünməz!"

Şəhid hər bir elin-obanın, hər bir ailənin itkisidir! Şəhid təkcə bir ailənin kədəri, itkisi deyil!

Əbəs deyilməyib: Bayraqları bayraq edən üstündəki qandır

Torpaq uğrunda ölən varsa, Vətəndir! Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan gənci torpağın işğalı ilə barışmadı.  Azərbaycan gənci uzun müddət dünyadan haqq, ədalət gözlədi. Dözə-dözə torpaqların işğaldan azad edilməsinə hazırlaşdı. Nifrətini hərb elminin öyrənilməsinə, yeni silahlardan məharətlə istifadə bacarığının təkmilləşdirilməsinə yönəltdi. Müzəffər Ali Baş Komandanın "İrəli!" əmrini gözlədiyini bəyan etdi!

"Şəhidlər ölməz, Vətən bölünməz!" - deyə nərə çəkərək Vətən torpağının bütövlüyü uğrunda ölümə də hazır olduğunu nümayiş etdirdi! Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə güclənərək müasir orduya çevrilən Silahlı Qüvvələrimiz Onun "Hücum" əmri ilə Vətən müharibəsinə başladı. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu 44 gün ərzində möcüzələr yaratdı. Otuz illik işğala, həsrətə son qoydu! İkinci Qarabağ mügaribəsi zamanı hər gün yeni bir yaşayış məntəqəsinin azad edilməsi ilə  nəticələndi! Ermənistanın havadarlarını və müdafiəçilərini rəzil günə salındı! Müzəffər Ali Baş Komandanımız təkcə hərb meydanında deyil, diplomatiya və informasiya müharibəsində də şəksiz qələbəmizi təmin etdi! Düşmən həyasız, müdafiəçiləri isə abırsız və ədalətsizdirlər! Gündə bir söz fırladıb, ermənini yenidən qızışdırırlar. Bu gün Ermənistandan qaçan qaçıb, xaricdə başını salamat saxlayır. Yerdə qalanlar isə yoxsulluq içində boğulur, səksəkədə yaşayır, canını və malını itirir!

Qazandığımız tarixi qələbələr itkisiz olmadə. Şəhidlərimiz oldu! Ürəyimiz yansa da, gözümüzdən qanlı yaş axsa da, şəhidlərimizin qəhrəmanlığı, igidlik və şücaəti qəlbimizə bir təsəlli verir! Azərbaycan şəhidi açıq alınla, Vətən sevgisi ilə əbədiyyətə qovuşub!

Başını dik tut, şəhid Anası!

Sən Vətənə qəhrəman övlad bəxş etmisən! Başını dik tut, şəhid balası!

Sənin atan əsl qəhrəman, qorxmaz döyüşçü, igid əsgər, əsl vətənpərvər olub!

Başın sağ olsun, Azərbaycan!

Fəridə Şərifova,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü