15 yanvar 2024 10:00
194

Ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə təmin edildi

Bugünki dünyada güc faktoru ön plana çıxır.  Əfsuslar olsun ki, beynəlxalq hüquq işləmir. Biz bunu 30 illik işğal dönəmində görmüşdük. Aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı.
Cənab İlham Əliyev

Dünyada bir çox ölkələr var ki, işğaldan əziyyət çəkir və bu məsələnin həllində beynəlxalq hüquq işləmir. Azərbaycan ədaləti və tapdalanmış hüquqları öz gücü ilə bərpa etdi. Bununla da BMT Təhlükəsizlik şurasının məlum 4 qətnaməsini təkbaşına yerinə yetirərək torpaqlarını işğaldan azad etdi.

Ermənistan ATƏT-in keçmiş Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesini daim pozurdu. Rəsmi İrəvan sülh istəmir, sadəcə danışıqların imitasiyası ilə məşğul olurdu. Azərbaycan problemi öz gücü ilə həll etməyə məcbur oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu”  düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi.

Prinsipial siyasət aparan, öz siyasətini real vəziyyətə uyğunlaşdıran cənab İlham Əliyev həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində, digər sahələrdə dövlətin gücünü artıraraq münaqişəni həll etdi.

Ermənistan və onun havadarları problemin sülh yolu ilə həll olunmasında maraqlı deyildilər. ATƏT və BMT kimi beynəlxalq təşkilatlar öz funksiyalarını yerinə yetirə bilmədikləri üçün münaqişələr sülh yolu ilə həll edilmir. Bilirik ki, 44 günlük müharibədən sonra ATƏT Minsk qrupuna ehtiyac qalmadı  və bu qurum artıq fəaliyyət göstərmir.

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində tarixi qələbəyə imza atdıq. 2023-cü il sentyabrın 19-da isə lokal antiterror tədbirlərindən sonra suverenliyimiz tam şəkildə təmin etmiş olduq.

Bu bir daha güc faktorunun dünyada mühüm rol oynadığını göstərir.

Bahar Vəliyeva,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü