15 yanvar 2024 10:36
317

"Araz-Naxçıvan" "Qəbələ"yə qarşı

Bu gün “Araz-Naxçıvan” və "Qəbələ" komandaları arasında yoxlama oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda oynanılacaq. Matç saat 14:00-da başlayacaq.

İlk yoxlama oyunlarında "Araz-Naxçıvan" "Zirə"yə, "Qəbələ" isə "Kəpəz"ə uduzub. 

Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda Premyer Liqanın turnir cədvəlində 26 xalla 6-cı, "Qəbələ" isə 14 xalla 10-cudur.