15 yanvar 2024 02:11
495

"Milan" - "Roma" oyununda 4 qol

İtaliya A Seriyasının 20-ci turunun "Milan" - "Roma" oyunu başa çatıb. 

“İki sahil” xəbər verir ki, "San Siro" stadionunda keçirilən görüşdə meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib.

"Milan" - "Roma" - 3:1
Qollar: Adli, 11 (1:0), Jiru, 56 (2:0), Parades, 69 (2:1), Hernandes, 84 (3:1)

“Milan” 20 oyunda 42 xal toplayaraq turnir cədvəlində 3-cü yerdədir. “Roma” 29 xalla 9-cudur. Siyahıya 51 xalla "İnter" başçılıq edir.