15 yanvar 2024 00:53
340

"Qəbələ"nin yeni transferi millidə qol vurdu

"Qəbələ"nin yeni transferi  Klesio Bauk Mozambik millisində qol vurub.

“İki sahil” xəbər verir ki, o, Afrika Millətlər Kubokunun B qrupunun ilk turunda Misirə qarşı matçda fərqlənib. 29 yaşlı hücumçu 58-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Misir heç-heçə qolunu 90+7-ci dəqiqədə penaltidən vurub. 

K.Bauk 46-cı dəqiqədə meydana daxil olub və sonadək oynayıb.

Qeyd edək ki, B qrupunun Qana-Kape Verde görüşü 00:00-da başlayıb.

Xatırladaq ki, "Qəbələ" bu ay  Klesio Baukla 2,5 illik müqavilə imzalayıb.

Misir - Mozambik - 2:2
Qollar: Mohamed, 2 (1:0), Quembo, 55 (1:1), Bauk, 59 (1:2), Salah, 90+7pen. (2:2)