14 yanvar 2024 23:21
326

Özbəkistan yığması Bakıda toplanışdadır

Özbəkistanın ağırlıqqaldırma üzrə kişilərdən ibarət yığma komandası Azərbaycanda təlim-məşq toplanışındadır.

“İki sahil” xəbər verir ki, kollektivin Bakıya gəlişində məqsəd 3-10 fevral tarixlərində Daşkənddə keçiriləcək Asiya çempionatında uğurlu çıxış, həmçinin Paris 2024 Olimpiya Oyunlarına yaxşı hazırlaşmaqdır.

Qonaqlar yeni istifadəyə verilmiş təlim-məşq bazasında bütün lazımi şəraitlə təmin olunublar. Onların toplanışı fevralın 4-nə qədər davam edəcək.