14 yanvar 2024 13:12
244

2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etdi

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə siyasi rəhbərliyi dövrü böyük bir epoxa təşkil edir. Ulu öndər Heydər Əliyev epoxası sosializm cəmiyyəti şəraitində xalqımızı dövlət müstəqilliyinə hazırlamaqdan ölkəmizdə müstəqil dövlətçiliyin xilasına və yenidən bərpa edilməsinə, gələcək inkişafın möhkəm təməllərinin yaradılmasına qədərki ümummilli xarakterli kompleks məsələləri özündə birləşdirir. Bu tarixi epoxanın yaradıcısı və aparıcı tarixi siması olan görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə əbədi həkk olunmuşdur. Ulu öndər Heydər Əliyev epoxasının ictimai-siyasi hadisələri və tarixi nailiyyətləri xalqımızın mənəvi təkamülündə Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafında xüsusi mərhələ kimi şərəfli tarixə çevrilmişdir. Müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başlanmışdır. Dövlət rəhbəri kimi cənab İlham Əliyevin məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti siyasi varisliklə yeni tarixi epoxanın reallıqları, müasirlik və modernləşdirmə üzərində qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi yeni tarixi dövrün lideri olan cənab Prezidnet tərəfindən yaradıcı şəkildə inkişaf etdirilərək, dünyada və ölkədə gedən proseslərlə əlaqəli şəkildə düşünülmüş addımlarla zənginləşdirilərək müasir dövrün daha yüksək mərhələsinə qaldırılmışdır.

Prezident cənab İlham Əliyev üçün ənənə və siyasi varislik möhkəm təməl, çoxvektorlu inkişaf, müasirləşdirmə və modernləşdirmə isə ali məqsəddir. Qətiyyətli siyasi iradə, dünyanın ictimai-siyasi gedişatını dərindən təhlil edərək vaxtında ölkə üçün taleyüklü qərarları qəbul etmək, müəyyən edilmiş strategiyanı  dönmədən həyata keçirmək istedadı milli dövlətçilik tarixində cənab Prezidnet özünəməxsus obrazının yaranmasına xidmət edir.Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının bütün təbəqələrinin cəsarətli və ədalətli lider kimi sonsuz məhəbbət və ehtiram bəslədiyi cənab Prezidnet beynəlxalq aləmdə də dünyanın tanınmış liderlərindən biri kimi qəbul edilir. Dünya liderlərinin ön sıralarında təmsil olunmaq üçün  cənab Prezidnetin siyasi iradəsi və xarizması ilə bərabər, mütləq onun həyata keçirdiyi islahatların, əldə etdiyi mühüm nəticələrin miqyası və əhəmiyyəti də zəruri prinsiplərdir. Real və uzaqgörən ideyaları konkret böyük əməllərə çevirmək baxımından həyata keçirilmiş tədbirlərin ümummilli miqyasına, əhatə dairəsinə, hərbi-siyasi əhəmiyyətinə, iqtisadi cəhətdən faydalılıq əmsalına görə Prezident cənab İlham Əliyevlə müqayisə edilə biləcək  liderlər göstərmək asan deyildir. Təsadüfi deyildir ki, Azərbaycan xalqının Lideri üçün “Sözümüz imzamızdır, biz nəyə söz veririksə, onu da edirik, bunu bütün dünya bilir”  prinsipi ölkə rəhbərinin həyatının və fəaliyyətinin əsas devizi kimi bəyan olunur.

Məhz ona görə də Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-2023-cü illər ölkəmizin çoxəsrlik tarixinə möhtəşəm 20 il kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi suverenliyimizin tam bərpa olunmasından, xüsusən də Xankəndi Zəfərindən sonra hər birimizin arzusu idi. Çünki yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırıq. Ən böyük reallıq Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi və cənab Prezidentin təbirincə desək, tarixin zibilliyinə atılmasıdır.  Bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda son 20 illik fəaliyyətə nəzər salsaq, bu 20 ildə haradan-haraya gəldiyimizin çox açıq mənzərəsi görünür. Bugünkü Azərbaycan isə, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. 2023-cü ilin 19-20 sentyabr hadisələrinə qədər gedilən yol məqsədyönlü, məqsədə hesablanmış yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərin son nidası idi. Cənab Prezidentin sözləri ilə desək “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.

Cənab Prezident bu ədaləti, eyni zamanda beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etdi. Məhz buna görə də bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir: “Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”. Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu nəhəng layihələr imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıtsın.

N.Əliyeva,
YAP Xətai rayon təşkilatının "Q.Nəbi 6a" ünvanı üzrə ərazi partiya təşkilatının sədri