14 yanvar 2024 12:08
282

Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır

Bu il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi. Ölkə başçısı üç saat ərzndə suallara cavab verdi.

Müsahibənin əsas mövzusu 20 il ərzində Azərbaycanda baş vermiş siyasi və iqtsadi dəyişiklər barədə aparıldı. Ötən illərin uğurlu yekun 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi qarşılamağımızı nəzərə alaraq cənab Prezident İlham Əliyev “müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” fikrini bildirdi.

Ətrafdan müxtəlif təziqlərə bamayaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ölkənin hərbi və siyasi uğurudur. Ali Baş Komandanın da bildirdiyi kimi, Xocalıya bayrağın qaldırılması Xocalı qurbanlarının qanı yerdə qalmaması, Xankəndidə bayrağın qaldırılması ədalətin tam bərpası və Zəfərimizin son nöqtəsi idi.

Noyabr ayının 8-də Şuşanın işğaldan azad edilməsilə strateji nöqteyi-nəzərdən  separatçıların müqavimətinin zəifləyəcəyi aydın görünürdü. Azərbaycan sona qədər müharibəni davam etdirmək, torpaqları azad etmək niyyətində idi. Lakin bu bizlərə böyük itkilər bahasına başa gələcəkdi. Cənab Prezident İlham Əliyev Şuşanın işğaldan azad olunması ilə gücümüzü düşmənə göstərdiyimizi bildirərək Üçtərəfli Bəyanatın o şərtlərlə qəbul edilməsini “böyük siyasi uğurumuz” kimi qiymətləndirdi.

Üçtərəfli Bəyanatın imzalanmasından sonra da, Ermənistan Qarabağa silah-sursat, minalar göndərməsi Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunu nəzarətə götürmək zərurəti yaratdı. Aprel ayının 23-də Azərbaycan həmin nəzarəti təmin etdi. Bu buraxılış məntəqəsi vasitəsilə Qarabağa humanitar gediş-gəlişə, Qırmızı Xaç xətti ilə xəstələr təxliyə edilməsinə, Qarabağda yaşayan ermənilərin o yoldan istifadəsinə heç bir problem yaradılmırdı.

Qələbənin təminində xalqın birliyindən danışan cənab Prezident İlham Əliyev 30 il vətənpərvər nəslin yetişdiyini, bu birliyin sayəsində Şanlı Zəfərimizi qazandığımızı vurğuladı. 2020-ci ildə torpaqlarımızda hələ də erməni silahlıları qalırdı. Aparılmış bir günlük antiterror əməliyyatları sayəsində separatçı qüvvələr məhv edildi. Ölkə başçısı bu addımın atılmasını ərazi bütövlüyümüzün və suverenliyimizi tam bərpası üçün zəruri olduğunu diqqətə çatdırdı. Çünki qanunsuz silahlı birləşmələr məhv edilməli idi və olundu. Ali Baş Komandan müsahibəsində “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatları zamanı Qarabağ bölgəsinin strateji təpələri, yüksəkliklərinin nəzarətə götürüldüyünü və qısa müddət ərzində aparılmış 19-20 sentyabr əməliyyatı böyük əhəmiyyəti barədə danışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində bildirdi ki, “biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq”.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri