02 yanvar 2024 15:14
273

Ölkəmiz 2023-cü ili böyük uğurlarla başa vurdu

2023-cü ildə ölkə həyatında bir çox önəmli hadisələrə şahidlik etmişik. Ancaq o hadisələrin arasında hələ 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Şuşada və azad edilmiş digər ərazilərdə bizim Bayrağımız qaldırılanda yaxşı bilirdik ki, Ölkə başçımız işini yarımçıq qoymayacaq. Dövlət suverenliyimizin bərpası üçün Ali Baş Komandanımızın rəhbərliyi altında aparılan birgünlük antiterror əməliyyatı nəticəsində işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilməsi, düşmən ordusu məhv edilməsi, xalqımızın yaddaşında əbədi qalacaqdır. 
Heç də təsadüfü deyilki işğaldan azad olunan torpaqlarda keçirilən tədbirlərdə ata vəsiyyətidir deyən Ali Baş Komandan bu il Zəfər paradını Xankəndinin mərkəzi meydanında keçirməklə Azərbaycanda “Heydər Əliyev İli” elan edilən bir vaxtda Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətini bildirmişdir. Ümumilikdə Ulu Öndərin 100 illiyi ölkə üzrə geniş və müxtəlif tədbirlərlə qeyd edildi. Ölkə başçımız öz çıxışında bildirmişdir: “Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir”.

Bir tərəfdən antiterror əməliyyatlarına rəhbərlik edən cənab Prezident digər tərəfdən ölkənin siyasi iqtisadi gücünə güc qatacaq bir çox beynəlxalq tədbirlərdə iştirak etmək, yeri gəldikdə isə bu kimi tədbirlərə ev sahibliyi etməkdən yorulmayaraq göstərdiyi səylər beynəlxalq nüfuzumuzu gündən-günə artırmışdır. Beləki dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək.

“Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir”- deyə ölkə başçısı cənab İlham Əliyev öz çıxışında bildirmişdir.

Vilayət Mirzəyev, 
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini