31 dekabr 2023 02:15
476

Əziz xankəndililər, Yeni il bayramınız mübarək!

Hayların ayağı Qarabağ torpağına dəyəndən yerli sakinlər Yeni il bayramlarını ürək açıqlığı, qəlb genişliyi ilə keçirməyiblər. Çünki quduzlaşmış haylar imkanları olan kimi qətliamlar, terrorlar törədiblər, soydaşlarımızın bayramlarını qara gətiriblər.

1988-ci ilin əvvəllərindən açıq şəkil almış və Azərbaycanın ərazi bütövlüyünü ciddi şəkildə paralamış separatizm bəlası nəhayət, 2023-cü ilin sentyabrında sona çatdı və əzablar çəkmiş xalq rahat nəfəs almağa başladı. İndilikdə erməni toplumu, əsasən də Qarabağdan köçən ermənilər özlərini əzilmiş zərərçəkən durumunda hiss etsələr də, bir müddətdən sonra, cəbhə xəttində snayper atəşi ilə ölən, öz basdırdıqları minalara düşüb həlak olan gənclərin qara xəbəri gəlmədikcə onlar da rahat olacaq, müharibənin heç kəsə lazım olmadığını başa düşəcəklər.

Yurdumuza yeni-2024-cü il gəlir. Bu, təkcə 1924-cü ilin hadisəsi deyil, dediyimiz kimi, hətta iki əsrin hadisəsidir. 100 il əvvəl bu günlərdə, aylarda İrəvanın həyasızlığı, bolşeviklər Rusiyasının ermənipərəst tərəfkeşliyi, Bakının gücsüzlüyü nəticəsində ədalətlə həll edilməyən, taleyin ümidinə buraxılan “Qarabağ məsələsi” nəhayət, 2020-ci ildə müharibə yolu ilə həll olundu. XIX əsrin 60, XX əsrin 77, XXI əsrin isə 23 ilini mübahisələr, münaqişələr və müharibələr meydanı olan Qarabağda bundan sonra sakitlik, sabitlik və iqtisadi inkişafın hökm sürəcəyi gözlənilir. Ona görə "gözlənilir" deyirik ki, davakar hayların sərsəm iddiaları hələ ölməyib. Ancaq üç aydan artıqdır ki, dərindən nəfəs alırıq. Ona görə ki, ölkəmizdəki şeytan yuvası dağılıb, əzəli torpağımız murdarlardan təmizlənib.

Xankəndidə keçirilən hərbi parad iki yüz il bu yerləri murdarlamış qüvvələrə mesaj verdi ki, əvvəlki babaları "merala", yəni, Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul etməyən "dığa" və "axçi" bura ayaq basmasın.

Bütün Azərbaycan xalqı qürur hissi keçirir ki, indi qədim mahalımızın hər yerində üçrəngli bayrağımız əzəmətlə dalğalanır! Yeni il bayramınız mübarək, əziz xankəndililər!

Vəli İlyasov, “İki sahil”