20 dekabr 2023 19:13
162

Sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət

Azərbaycan ən qürurlu, şərəfli yeni tarixini yaşayır. Son  üç ildə tariximizin ən önəmli günlərini yaşayırıq. Nə xoş bizə ki , biz bu qürurlu tarixin sahibləriyik. Mən bir Azərbaycan müəllimi kimi özümü çox şanslı hesab edirəm ki , bu dövlətdə yaşayıram . Siyasi addımları ilə aparıcı siyasi liderlər sırasında olan rəhbərim var və Yeni Azərbaycan  Partiyasının üzvüyəm.  Azərbaycanı sevməyən ölkə və ölkə liderləri belə ,Azərbaycanın siyasi rəhbərliyini  ,onun təmsil etdiyi partiyanı Azərbaycan Prezidentinin siyasətinin nə qədər mükkəməl olduğunu etiraf edirlər.

Çox təəssüf hissi ilə bildirirəm ki,bəzi dırnaqarası fərdlər və “partiyalar” kordurlar.  Dekabrın 16-da AXCP-nin növbəti “gurultayı” baş verdi. Partiya adı altında keçirilən bu bazar şousunda danışılanlar görəsən nə qədər həqiqətə uyğun idi..? Bu patiya “qurultayı”nı keçirə bilir ,həqiqətə uyğun olmayan sözlərini ,çıxışlarını sosial şəbəkələrdə yayımlayır. Görəsən onları nə narahat edir,çiçəklənən Azərbaycanmı?

Azərbaycanın elə gəncləri var ki, ilk dəfə seçkilərdə iştirak edəcəkləri üçün qürur duyurlar. Həmin gənclər birmənalı Yeni Azərbaycan Partiyasının namizədi Ali Baş Komandan cənab İlham Əliyevə səs verməyə qərarlıdırlar. Amma  maraqlı   budur ki, görəsən 18 yaşlı gəncin düşüncəsi ilə özünü “siyasətçi” adlandıran  Əli Kərimli və onu alqışlayan  əllərin sahibləri  arasında niyə bu qədər təzad var? Bu “qurultay “ nümayəndələri nədən narazıdır görəsən.

Mən bir ziyalı kimi fikirləşirəm ki, bu cür inkişaf  edən,çiçəklənən ,siyasi arenada öz sözünü deyən Azərbaycan və Azərbaycan Respublikasının rəhbərliyindən  bir azərbaycanlı necə narazı qala bilər.

30 ildir ki,işğalda olan torpaqların azad edilməsi,orada quruculuq işlərinin aparılması , bizə əmanət olan şəhid ,qazi ailələrinə qayğı,ümumiyyətlə inkişaf edən Azərbaycan,bütün bunları dərk etməyən xəstə beyinlər cəmiyyətimizin üz qarasıdır. Çox təəssüf ki, Əli Kərimli və onun kimi insanlar  sadəcə bu cəmiyyətdə var olduqlarını bu cür ifadə edirlər. Təbii ki , bu da olmalıdır, çünki “Meşə çaqqalsız olmaz”. Onlara verilən söz azadlığından , yaradılan imkanlardan səmərəsiz “qurultay”,səs küylü toplantılar əvəzinə səmərəli bir işlə məşğul olsalar daha yaxşı olardı.

 Azərbaycan  xalqı Prezidentinin kim olacağını  ,kimə səs verəcəyini çox gözəl bilir.Mən də bu xalqın bir nümayəndəsi kimi fəxr edirəm ki, növbəti dəfə də öz Prezidentimə, Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəyəm. Qalib  xalqın qalib rəhbərinə ! Yaşasın Azərbaycan prezidenti , Azərbaycan dövləti və siyasəti ! Bayrağımız daim dalğalansın!!!

Şəhla Hüseynova,
YYAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü