19 dekabr 2023 16:13
176

Azǝrbaycanda davamlı olaraq nüfuzlu beynǝlxalq tǝdbirlǝr keçirilir

Ölkǝmizdǝ davamlı olaraq nüfuzlu olaraq beynǝlxalq tǝdbirlǝr keçirilir. Daha bir tǝdbir, BMT-nin İqlim Dǝyişikliyi  üzrǝ  Çǝrçivǝ  Konvensiyasının Tǝrǝflǝr Konfransının 29-cu sessiyası -COP29 gǝlǝn il ölkǝmizdǝ keçirilǝcǝk. Bütün bunlar aparılan siyasǝtin nǝticǝsidir ki, dünya miqyasında çox güclü mövqelǝrǝ sahib olmuşuq.

Prezident cǝnab İlham Əliyevin cari ilin 15 dekabr tarixindǝ BMT-nin İqlim Dǝyişikliyi üzrǝ Çǝrçivǝ Konvensiyasının Tǝrǝflǝr Konfransının 29-cu sessiyasının-COP29-un gǝlǝn il ölkǝmizdǝ keçirilmǝsi ilǝ ǝlaqǝdar müşavirǝdǝ çıxışında vurğuladı ki, sözügeden nüfuzlu, qlobal xarakterli tǝdbirin mǝhz Bakıda keçirilmǝsinǝ dair qǝrarı bütün dünya ölkǝlǝri bir neçǝ müddǝt bundan ǝvvǝl qǝbul etmişdir.

BMT-nin İqlim Dǝyişikliyi üzrǝ Çǝrçivǝ Konvensiyasının Tǝrǝflǝr Konfransının 29-cu sessiyasının -COP29-un gǝlǝn il ölkǝmizdǝ keçirilmǝsi dünyanın 19-dan çox ölkǝsinin hǝr bir üzvünün razılığı ilǝ mümkün olmuşdur.

Ölkǝ başçısı cǝnab İlham Əliyev ölkǝmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Dövlǝt başçımız COP29 beynǝlxalq konfransını Azǝrbaycanın yüksǝk sǝviyyǝdǝ keçirǝcǝyini vurğulayıb: COP29 beynǝlxalq konfransı ölkǝmizin,xalqımızın növbǝti böyük uğuru olacaq.

Aytac Quliyeva,
YAP Xətai rayon təşkilatının “Rahib Məmmədov 18” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü