18 dekabr 2023 16:44
253

Azərbaycanın beynəlxalq nüfuzu artır

Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP28-də fəaliyyətini uğurla başa vuran ölkəmiz artıq COP29-un ev sahibidir. COP29 beynəlxalq konfransı  Bakıda keçiriləcək. Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir.

Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünya miqyasında çox güclü mövqelərə sahib olmuşdur.   Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkəmiz dəfələrlə beynəlxalq miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmişdir.

 Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. COP29-un ölkəmizdə keçirilməsi qərarını bütün dünya ölkələri qəbul etmişlər. Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürmüşdür. Daha sonra isə Bolqarıstan öz namizədliyini geri götürmüşdür.

Bu qərar antiterror əməliyyatından 2 ay sonra qəbul edilmişdir. Belə beynəlxalq əhəmiyyətli tədbirlər təhlükəsizlik baxımından güvənli ölkələrdə keçirilir. Tədbirin Azərbaycana həvalə olunması da onu göstərir ki, ölkəmiz təhlükəsiz ölkə  kimi dünyada tanınıb.

COP29 tədbiri ilə bağlı on minlərlə xarici nümayəndə ölkəmizə gələcək. Tədbirin  qonaqları  Azərbaycanda gedən prosesləri  görmək imkanı əldə edəcəklər.  2 həftə ərzində Bakı dünyanın mərkəzində olacaq. Dövlətimizin  nüfuzu  daha  da  artacaq. İlham Əliyev çıxışında qeyd etmişdir ki, “Bu , xalqımızın növbəti uğuru olacaq. Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir.”

Şəbnəm Rəhimova,
YAP Xətai rayon təşkilatının “Rahib Məmmədov 18” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü