18 dekabr 2023 18:33
205

Böyük etimadın göstəricisi

Bu gün Azərbaycana Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm dünya Azərbaycanlılarının lideri, bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən Prezident İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir. Uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda  da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, Prezident İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.

Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir.

lham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

Həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Bu gün dünyanın əksər siyasi dairələri, hətta tanınmış dövlət xadimləri, ölkə rəhbərləri İlham Əliyevin yürütdüyü tam müstəqil xarici siyasətə olan heyranlıqlarını açıq şəkildə etiraf edirlər. Çünki bu gün qloballaşan dünyanın geosiyasi arenasında İlham Əliyev sözü imzası qədər keçərli olan liderlərdən biridir. Nəyi nə zaman etdiyini doğru bilən Azərbaycan Prezidenti məhz bu siyasətinə görə ən etibarlı tərəfdaş statusuna da sahiblənib.

Bunu əlbəttə ki, Azərbaycan xalqı görür və öz lideri ilə qürur duyur,onun siyasətinə hər zaman dəstək verir.

Prezident İlham Əliyevin yaratdığı tarixinin ən qüdrətli Azərbaycanının hər bir vətəndaşı yaxşı bilir ki, ölkəmizin ərazi bütövlüyünü tam bərpa etməsi, suverenliyimizin təmin olunması bizi istəməyən qüvvələri ciddi narahat etməkdədir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycana hansısa formada təzyiq etsinlər, ara qarışdırsınlar və regionda yaranmış sülh şəraitini pozsunlar. Amma üzaqgörən siyasəti ilə hər zaman doğru qərarlar qəbul edən İlham Əliyev heç zaman imkan verməz ki, yaranmış yeni reallıqlara kimsə müdaxilə etsin, bölgədə yeni münaqişə ocağı yaratmağa cəhd etsin.   

Bir sözlə, Vətən müharibəsində qazanılan Zəfər, xalqın İlham Əliyevə etdiyi alqış dövlət başçısına olan ümummilli etimadın real göstəricisi idi. Fevralın 7-də bu hadisənin şahidi olacağıq - xalqın mövqeyi də, rəyi də, seçimi də dəyişməzdir!

Torpaq -əgər ugrunda ölən varsa,Vətəndir!

Yaşasın Ali Baş Komandan!

Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Allah şəhidərimizə rəhmət eləsin!

Günay Həsənova,
Bakı şəhər 59 saylı tam orta məktəbin riyaziyyat-informatika muəllimi,
YAP Xətai rayon təşkilatının üzvü