18 dekabr 2023 11:22
232

Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir

Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini vurğulayıb. Hazırda neft və qaz sənayesi ölkənin iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

Hazırda ölkəmiz səkkiz ölkəyə təbii  qaz ixrac edir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Açılış mərasimində  çıxışı zamanı Prezident cənab İlham Əliyev   vurğuladı ki, interkonnektorun fəaliyyətə başlaması həm ölkələrin sənaye inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir. Azərbaycanla ikitərəfli siyasi, mədəni və iqtisadi əlaqələri möhkəmlənən dövlətlərdən biri də Serbiyadır. İki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Eyni zamanda Azərbaycan və Serbiya rəhbərliyi arasında çox yaxın və qarşılıqlı etimada dayanan münasibətlər də siyasi və iqtisadi proseslərin inkişafına təkan verir. İki ölkənin dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün zəmin yaradıb. İki ölkə enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açıb. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Niş-Sofiya qaz kəməri Serbiya və Qərbi Balkanlar regionunda məqsəd qaz təchizatının təhlükəsizliyinin təmin edilməsidir və bu layihənin həyata keçməsində Azərbaycanın mühüm rolu var. Gələcək planların həyata keçməsi üçün əlbəttə enerji resursları, şaxələndirilmiş təchizat şəbəkəsi qurulmalıdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, İnterkonnektorun fəaliyyəti Serbiyanın inkişafına böyük tövhə verəcək. Həmçinin,  ölkənin beynəlxalq əlaqələrinin səviyyəsinin yüksəldilməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin özünəməxsus rolu vardır. Azərbaycan beynəlxalq əlaqələr sahəsində mühüm layihələr həyata keçirmiş və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı əməkdaşlıqlar qurmuşdur. Bu dövlətlərə Bolqarıstan və Serbiya da daxildir. Serbiya – Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Bolqarıstanın Prezidenti Rumen Redevinin çıxışında da Azərbaycanla bağlı vacib mesajlar verdi. Bu gün bizi yalnız təbii qaz deyil, ölkələrimizi uğurlu və faydalı əməkdaşlıq bağlayır.

Məlum olduğu kimi, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Prezident cənab İlham Əliyev  də çıxışında qeyd etdi ki, 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Azərbaycan və Serbiya arasında imzalanan sənəd tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır. İki ölkə arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Serbiya və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər. Beləliklə, Azərbaycan qazı da ixrac coğrafiyasını daha da genişləndirmiş oldu. Hazırda Azərbaycan qazı Serbiya da daxil olmaqla 9 ölkəyə ixrac olunur. Bu ölkələrdən 7-si Avropa ölkəsidir. Biz əlbətdə ki, bununla kifayətlənmirik. Gələcək hədəfimiz Avropa məkanında yeni yaradılacaq interkonnektorların vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Həyata keçirilən işlərə nəzər yetirdikdə görmək mümkündür ki, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Ölkəmiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri