17 dekabr 2023 20:20
263

Xalq seçimində yanılmır!

Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Müstəqil Azərbaycanda hakimiyyət boş­luğu, separatçılıq, səriştəsizlik dövlətçiliyin itirilməsi təhlükəsi yaratmışdı. Xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

Siyasət fenomeni kimi Heydər Əliyev yaranmış təhlükələri qısa müddətdə aradan qal­dır­dı, dövləti qorumağa qadir olan ordunu nizami ordu kimi formalaşdırdı, düzgün, gerçək kadr siyasəti ilə dövlət strukturlarında idarəetməni tənzimlədi, dövlətin dünya dövlətləri ilə münasi­bət­lərini ciddi əsaslarla formalaşdırdı, iqtisadi əlaqələri yüksəltdi, iri miqyaslı beynəlxalq iqti­sa­di müqavilələr bağlandı, ... Bunlar Azərbaycanın dövlətçilik mövqeyinin möhkəmləndirilmə­si demək idi...

Ulu Öndər demişdi:  “Mən oğluma özüm qədər inanıram”. Xalq bu səmimiyyətin gerçəkliyini yaşatdı. 2003-cü ildə prezident seçkilərində Ulu Öndərin inandığı siaysi xadimə -İlham Əliyevə səs verdi, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu se­çim qısa müddətdə öz təsirini göstərdi. Cənab İlham Əliyev sosial həyatın bütün sahələrində Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdi, Azərbaycanın iqtisadi inkişafı sürətləndi, ordu quruculuğunda iri miqyaslı islahatlar həyata keçirildi, Azərbaycan Ordusu neçə-neçə bey­nəl­­xalq hərbi təlimdə tərəfdaş kimi iştirak etdi. Bu, ordunun döyüş hazırlığını yüksəltdi, Belə bir yüksəliş ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını da artırdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdi ki, Azərbaycan xal­qı və dövləti Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu fi­kir istər işğalçı Ermənistana, istərsə də onun havadarlarına xəbərdarlıq olmalı idi. Bu xə­bər­darlığa baxmayaraq Emənistan sülh danışıqlarından yayınırdı, regionda mövcud status-kvonu saxla­ma­ğa çalışırdı, Azərbaycandan yeni ərazilər işğal etmək məqsədi ilə hücumlar edirdi. Belə hücumlardan birində - 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev əks-hücum əmri verdi. Bu döyüşlər İkinci Qarabağ müharibə­si­nin, mahiyyəti etibarilə Vətən müharibəsinin başlanğıcı oldu...

Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə tarixi Zəfər qazandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında tarixi Zəfər münasibətilə xalqa müra­ciə­tində dediyi “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” kəlamları xalqın və tarixin yaddaşına hopdu, həm milli men­ta­litetin tərkib hissəsi kimi, həm də dövlətçiliyə sədaqətin təzahürü kimi. Xalq bir daha əmin oldu ki, Ulu Öndər zamanında Azərbaycanın işğaldan qurtu­lu­şunu necə arzulayırmış! O arzunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gerçəklşdirdi...

Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanıldı. İşğaldan azad edilmiş ərazilərə qayıdış Böyük Qayıdışın başlanğıcıdır və yaxın vaxtlarda o əraziləərdə həyat öz axarına düşəcək. ..

2023-cü il sentyabrın 19-da başlayan və 24 saatdan da az müddətdə başa çatan lokal xa­rakterli antiterror əməliyyatı ilə Azərbaycan Ordusu ərazi bütövlüyünü tam təmin etdi, bir vaxtlar separatçıların ermənilik mərkəzi olmuş Xankəndində də qalibiyyət bayrağımız dalğalan­dı, tarixi Zəfərin 3-cü ildönümündə Xankəndində hərbi parad keçirildi...

Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda növbədənkənar pre­zi­dent seçkisinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycan dövlət­çili­yinə böyük sevginin təzahürüdür: Ərazi bütövlüyü tam bərpa olunmuş respublikanın hər yerində seçici səsi gəlsin! Bu, böyük, müqayisəyəgəlməz vətənpərvərlikdir! Fevralın 7-də ke­çi­riləcək növbədənkənar prezident seçkisi əvvəlki seçkiləərdən müəyyən məqamları ilə fərq­lə­nir: müstəqil Azərbaycanın tarixində prezident seçkiləri ilk dəfə olaraq ölkəmizin ərazi bütöv­lü­yünün və suverenliyinin tam təmin olunması şəraitində keçiriləcək: Tarixi Zəfərin qalibiyyət bayrağı Azərbaycanın bütün ərazisi böyunca qürurla dalğalanır.

Digər tərəfdən, xalqın belə bir Zəfərə nail olmuş sərkərdəyə ehtiramı sonsuzdur, 30 ilin sııxıntılarını sonlandıran Müzəffər Ali Baş Komandana sevgisi tarixi sevgidir. Xalq belə bir siyasi liderin ətrafında birləşmişdi, indi də təbii ki, onun ətrafındadır. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqın dəstəyinə əmindir və bu əminlik də tarixi gerçəklik ola­caq; cənab İlham Əliyev prezident olduğu müddətdə verdiyi bütün vədləri yerinə yetirib...

Dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında növbədənkənar prezident seçkilərində  cənab İlham Əliyevin namizədli­yi­ni irəli sürüb. Bu təşəbbüs də Azərbaycan dövləti naminə, Azərbaycan dövlətçiliyi naminə tarixi təşəb­büsdür. Xalq bu təşəbbüsü dövrün tələbi bilir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı