17 dekabr 2023 13:05
276

7 fevral 2024-cü il Azərbaycan tarixinin yeni inkişaf mərhələsinin başlanğıcı olacaq

Müdrik xalqımız Müzəffər Ali Baş Komandana öz sevgisini göstərərək Azərbaycanın yeni inkişaf mərhələsinə səs verəcəklər

Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu yolda ölkəmizin inamla irəliləməsi yalnız Prezident İlham Əliyevin uzaqgörən və müdrik liderliyi sayəsində mümkündür. Prezident İlham Əliyev hər zaman xalqımız qarşısında bütün vədlərini yerinə yetirən xalqın Prezdenti kimi yaddaşımıza həkk olub. Bəlkə də çoxlarının inanılması qeyri-mümkün hesab etdiyi Qarabağımızın işğaldan azad edilməsi Prezident İlham Əliyevin tarixin Azərbaycana bəxş etdiyi nadir lider olduğunu göstərir. Məhz onun sayəsində hər bir Azərbaycan vətəndaşı qarşıya qoyulan hədəfə nail olmaq üçün inanmaq bacarığının nə olduğunu anlayır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında ​“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva bildirib.

Onun sözlərinə görə  ölkə Prezidenti konstitusiyanın ona verdiyi hüquqdan istifadə edərək Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib. Seçkilərin keçiriləcəyi 7 fevral 2024-cü il Azərbaycan tarixinin yeni inkişaf mərhələsinin başlanğıcı olacaq.
Dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş tərkibdə keçirilən iclasında YAP Gənclər Birliyinin üzvləri olaraq böyük qürur və fəxr hissi ilə iştirak etdik. Tarixi zərurətdən yaranan Partiyamız ölkəmizin inamlı gələcəyini təmin edəcək mühüm tarixi qərar qəbul etdi. Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyev olacaqdır. Prezident İlham Əliyev ilk dəfə 2003-cü ildə prezident seçildikdən bəri Azərbaycan xalqına verdiyi vədlərin hamısını yerinə yetirdi. Bir siyasi rəhbərin verdiyi bütün vədləri yerinə yetirməsi dünyada çox az rast gəlinən hallardandır. Gərgin regionda yerləşən Azərbaycan sabitlik mərkəzi olmaqla yanaşı, qlobal səviyədə də ciddi partnoyara çevrildi. Sözü imzası qədər güclü olan Prezident İlham Əliyev qlobal səviyyədə hörmət olunan, sevilən və ciddi etibar qazanmış liderdir.
Ötən 20 ildə daim inkişaf edən, rifah şəraiti yüksələn, sağlam və milli dəyərlərlə formalaşmış Qalib Xalqın Qalib Liderinə olan inamının təzahürü idi.

Təranə Paşayeva qeyd edib ki, Prezident İlham Əliyevin ötən 20 illik hakimiyyəti dönəminə qısa nəzər salmaq kifayətdir ki, Onun dövlətimizə və xalqımıza qazandırdığı qələbələrin timsalında fenomenal idarəçilik bacarığının şahidi olaq. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında tarixinin ən böyük yüksəlişini yaşayıb. Bu gün də davam edən bu yüksəliş Azərbaycanın yeni predmetlərə və inkişaf strategiyasına əsaslanan sosial-iqtisadi inkişafına, insan kapitalının əsas diqqət mərkəzində olduğu siyasətə və ən əsası, ölkəmizin Qalib Dövlət statusu ilə regionun əsas güc mərkəzinə çevrilməsinə səbəb olub.

3 il öncə 44 günlük Vətən Müharibəsi ilə başlayan və yekunda XXI əsrə misilsiz qələbə kimi düşən Azərbaycanın ərazi bötüvlüyünün və suverenliyinin bərpa olunması hər kəsə bir daha sübut etdi ki, cənab İlham Əliyev dünya tarixinin gördüyü ən böyük liderlərdən və Ali Baş Komandanlardan biridir. 
7 fevral seçkiləri Azərbaycan xalqı və tarixi üçün xüsusilə fərqli şəkildə keçəcək. Müdrik xalqımız Müzəffər Ali Baş Komandana öz sevgisini göstərərək Azərbaycanın yeni inkişaf mərhələsinə səs verəcəklər. Bu seçkilər öncəki seçkilərdən fərqlənəcək. Seçkilər bütöv və suveren Azərbaycanın hər yerində keçiriləcək. Həmçinin yenilənən, qurulan, öz tarixi yiyələrinə qovuşan işğaldan azad olunmuş torpaqlarda keçiriləcək.
Azərbaycan xalqı 7 fevral 2024-cü il tarixində bir yumruq kimi birləşdiyini öz seçimi ilə bir daha sübut edəcək.

Yaqut Ağaşahqızı,“İki sahil”