14 dekabr 2023 12:37
437

Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək

2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan ordusu Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzü bərpa etdi.

Ali baş komandan İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun qəhrəmanlığı nəticəsində 30 illik işğala, həsrətə son qoyuldu.Bu tarixi zəfərimiz şəhidlərimizin qanı ,xalqımızın birliyi, dönməzliyi hesabına qazanıldı .44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu.

Vandal ermənilər 30 illik işğal altında saxladıqları ərazilərimizdə mədəni irsimizi, tarixi həqiqətləri silməyə cəhd etmişlər. Bu illər ərzində həmin yerlərdə ermənilər tərəfindən heç bir tikinti yaxud quruculuq işləri həyata keçirilməyib. Çünki düşmən çox yaxşı bilirdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu həqiqəti heç nə dəyişə bilməz.

Müharibədən dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına başladı. Bölgədə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa quruculuq işləri, təməli qoyulan kəndlər, şəhərlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə ölkəmizin çiçəklənən diyarına çevriləcəyindən xəbər verir.

Qarabağın “yaşıl enerji” zonası elan edilməsi, müasir texnologiyalar əsasında infrastrukturun yaradılması istiqamətində mühüm işlərdəndir. Yaşayış massivlərinin məhz “ağıllı kənd” konsepsiyası əsasında reallaşdırılması yenidənqurma işlərinin modernliyinin göstəricisidir.İşğaldan azad olunmuş ərzazilərə “Böyük Qayıdış” programının uğurlu icrasına nail olmaq məqsədilə azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin daimi məskunlaşmasının təmin edilməsi, həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılması əsas tələblərdəndir. Gələcəkdə məskunlaşma başa çatdıqdan sonra investisya mühitini tam şərtləndirən amillərin təmin edilməsi nəticəsində daha böyük həcimdə xarici investisya gəlməyə başlayacaq.

Yaponiya, Böyük Britaniya, İsrail və Avropanın bir sıra ölkələri Qarabağa investisya yatırmaqda maraqladırlar. Qarabağ iqtisadi rayonunun çox geniş inkişaf potensialı var.

Həyat keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlmasinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktiyilinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldaan azad olunmuş ərazilərdə böyük bərpa və quruluq işləri sürətlə həyata keçirilir.Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağa yeni bir nəfəs gətirib.

Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət onu deməyə əsas verir ki, Prezidentimizin rəhbərliyi  ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” a dair I Dövlət Programı vaxtında və uğurla yerinə yetirəcək və Qarabağı dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək. Qayıdışımız mübarək!

İnşallah tezliklə bütün Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq !

Bu sevinci bizə yaşadan Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevə, rəşadətli ordumuza sonsuz təşəkkür edirik! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayırıq!

Aynurə Nəsirova,
Bakı şəhəri, Xətai rayonu, T.Bağırov adına 59  nömrəli tam orta məktəbin Uşaqlarla məktəbdənkənar  və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı,
YAP Xətai rayon təşkilatının üzvü