14 dekabr 2023 11:22
140

Genişmiqyaslı planlar hıyata keçirilir

Bu il dekabr ayının 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev iştirakı ilə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi.

Cənab Prezident İlham Əliyev çıxışında bu mərasimi dostluq və strateji tərəfdaşlıq mərasimi kimi qiymətləndirdi. Azərbaycanın təbii qazı ixrac ediyi doqquz ölkənin yeddisi Avropa ölkəsi olduğunu bildirdi. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmasını xatırladaraq gələcəkdə genişmiqyaslı başqa planların həyata keçiriləcəyini vurğuladı. Dövlətimizin Başçısı çıxışında Azərbaycanın bütövlükdə enerji strategiyasının uğurlu icrasından, tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələrin Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtibindən, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırılmasını qeyd etdi.  

Cənab Prezident İlham Əliyev gələcək planlardan danışarkən qaz təchizatının coğrafiyasını daha da genişləndirmək, Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaq olduğunu bildirdi.    

Dövlətimizin Başçısı bir neçə gün bundan əvvəl Serbiya, Bolqarıstan, Şərqi Avropa qrupuna daxil olan digər ölkələrin Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verilməsini ölkələrimiz arasında dostluq əlaqələrinin təzahürü kimi qiymətləndirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında ölkəmizin digər dövlətlərlə əlaqələrindən bəhs edərkən bildirdi: “Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır”.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri