13 dekabr 2023 16:01
111

Azərbaycan Serbiya və Bolqarıstanla əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Cari ilin 10 dekabr tarixində Prezident ilham Əliyev Serbiyanın Niş şəhərində Serbiya- Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak etmişdir. Serbiya- Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin də şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya- Azərbaycan əlaqələrinin inkişafına xidmət edir.

Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memoranduma görə, Azərbaycan 2037- ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. 2021- ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiysnın Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı- Tbilisi- Ceyhan, Bakı- Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021 -ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP 29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstəyini göstərdilər. Bu amil dostluğumuzun nümunəsidir.

Türkan Zeynalzadə,
Bakı Ali Neft Məktəbinin tələbəsi,
YAP Xətai rayon təşkilatının üzvü