13 dekabr 2023 19:59
144

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir

Çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuş, zəngin mənəvi dəyərlərə, tolerantlıq ənənələrinə malik olan Azərbaycanımız dünyada çoxmillətli dövlət kimi tanınır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. 

Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan coğrafi, geosiyasi və mədəni məkandır. Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır.

Azərbaycanda multikulturalizm siyasətinin əsasının qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin tarixi irsinin qorunub saxlanması, xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün ümummilli lider geniş hüquqi bazanın yaradılmasını daim diqqətdə saxlayıb. Məhz bunun nəticəsidir ki, vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, daha geniş formada isə “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapıb. Konstitusiyamızın 48-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Müasir Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizmin inkişafına Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi mühüm töhfə olub.

Mübaliğəsiz demək olar ki, müstəqil Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Ölkəmizdə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir. Uzun illərdir ki, Azərbaycan ayrı-ayrı dinlərə, irqlərə və dillərə məxsus insanların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir dövlət kimi tanınır. Azərbaycan ərazisində yaşayan milli azlıqların qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilmələrini dövlətimiz təmin edir. Əlbəttə ki, belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır. Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşmışdır. Ölkədə müxtəlif mədəniyyətlərə və dini cərəyanlara məxsus insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları üçün geniş imkanlar yaradılmışdır. Eləcə də azsaylı xalqların öz mədəni dəyərlərini qorumaları və cəmiyyət həyatının istənilən sahəsində fəal iştirak etmələri üçün həmişə şərait yaradılmışdır. Xalqların zəngin musiqi folkloru mənəvi mədəniyyətin ayrılmaz tərkib hissəsini təşkil edir. Ənənəvi“Musiqi Atlası” layihəsi Azərbaycan musiqi folklorunun rəngarəng dialektlərini də əhatə edir. Musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Bir çox mahnı nümunələri həm də Azərbaycan dilində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir. 

Tolerantlıq səviyyəsi və multikultural nailiyyətlər Azərbaycanın ümumbəşəri dəyərlərinə əvəzedilməz töhfələrindəndir. Xalqların zəngin musiqi folkloru mənəvi mədəniyyətin ayrılmaz tərkib hissəsini təşkil edir.Ənənəvi“Musiqi Atlası” layihəsi Azərbaycan musiqi folklorunun rəngarəng dialektlərini də əhatə edir.Musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Bir çox mahnı nümunələri həm də Azərbaycan dilində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir.1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi siyasi və iqtisadi münasibətlərin yeni prinsipləri üzərində yaranmasına səbəb olmaqla yanaşı, eyni zamanda, ölkəmizdə multikulturalizmin inkişafı üçün geniş imkanlar yaratmışdır.

Tarixin müxtəlif mərhələlərinə müraciət etsək Azərbaycanı hər zaman hər dövrdə obyektiv qiymətləndirməyə bilmərik. Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında çıxış edən Prezident İlham Əliyev demişdir:“Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar.”Müasir dövrdə Azərbaycanda həyata keçirilən bu tədbirlər siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.

Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib və möhkəmləndirəcək.

Natəvan Məhərrəmova,
Xətai rayonu, Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbin  “Azərbaycan dili və ədəbiyyat” müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü