13 dekabr 2023 11:54
110

Düşünulmüş və milli maraqlara söykənən xarici və daxili siyasət

Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir , səmərəli təklif və təşəbbüslərlə çıxış edir

Ulu Öndər qeyd etdiyi kimi, Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq , möhkəmləndirmək, inkişaf etdirmək olmuşdur.

Prezident İlham Əliyev”Euronevs”televiziyasına verdiyi müsahibə ilə diqqətlə tanış olduqdan sonra göstərilən müddəaları tamamilə bəyənirik.Cənab İlham Əliyev söyləyib ki,son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir.Beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik.120 üzv ölkənin rəyinə görə Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Beynəlxalq birlik 200 dən çox ölkə Azərbaycanı dəstəkləyir.Azərbaycan pandemiya dövründə 80 dən çox ölkəyə yardım göstərmişdir.

Ölkə başçımız əməkdaşlığımızın ölkəmizin siyasəti ilə bağlı olduğunu qeyd edir və real nəticələridə görürük.Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır.Müsəlman ölkələrlə münasibətlərimiz maraqlara əsaslanaraq yürüdülür.

Məqsədimiz ölkəni qarşıdurmadan,mənfi xarici təsirlərdən və ya daxili işlərə müdaxilədən qorumaqdır.Odur ki, Azərbaycanın istənilən rəqabətdən,böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır.

Prezidentin sözləri ilə desək,bizim qonşularımızla münasibətlərimiz yaxşı balanslaşdırılıb,dostluğa və qarşılıqlı marağa əsaslanır.

Rita Muradova,
Xətai rayonu, E.Yəhyayev adına 56 N-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü