13 dekabr 2023 11:49
98

Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək

Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq .

Bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsaitin yatırılmasının vacibliyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq”.

İşğaldan azad edilmiş ərazilər bərpası və əhalinin öz ata-baba yurdları qayıtması Vətən mühariməsindən keçən dövr ərzində dövlətimiz əsas fəaliyət istiqamətlərindən  birini çevrilmisdir.Həmin ərazilərdən yerləsən şəhər və rayon mərkəzlərinin yeni  baş planları hazırlanmışdır  və bu sahədə çoxşaxəli quruculuq işləri aparılmaqdadır. Quruculuq işlərində yuksək texnalogiyanın tətbiq edildiyi lahiyələr (Ağıllı şəhər və Ağıllı kənd  konsepsiyalarının birləşdirilməsi, Yaşıl enerji zonaları və s.) icra edilməkdədir

Böyuk Qayıdışın ilk addımı Zəngilandan başladı. 2022-çi ilin iyulunda məcburi köckünlər Ağılı kənd kimi yeniden qurulmuş Ağalı kəndinə qayıdışı bayrama  çevrildi. Yaşayış üçün hər bir şəraitini təmin edildiyi Ağalıya 60-dan çox ailə qayıtdı.

2021-çi ilin okdiyabrında Azərbaycanın və Türkiyənin başçıları Fizuli Bəynəlxalq Hava limanının açlışı mərasimində iştirak etdilər. Qarabağın hava qapısı adlandıran, muasir səviyədə inşa olunan  Fizuli Beynəlxalq  hava limanının istənilən tip hava gəmisi qəbul etmək imkanları var.

İşğaldan azad edilmiş ərazilərə Böyuk Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Priortindən biri kimi müyyən olunmuşdur. Bu milli prioritetlərə əsaslanan Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial–iqtisadı inkişaf Strategiyası yeni inkişaf mərhələsindədir  hədəflərə çatmağa  xidmət eden mühüt sənəddir. Strategiyası icrasını təmin etmək məqsədiilə “Azərbaycan Respublikasinin işxaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət  Proqramı” 2022-ci ilin noyabrında Azərbaycan Respublikası Prezidenti tərəfində təsdiq edilmişdi.

Qarabağdakı quruculuq işlərinin qısa vaxta  həyata kecirlməsi Qarabağ və ətraf əraziləri dağıntılara məruz qoymuş düşmənin özünü belə heyrətdə buraxmışdır. Erməni mənşəli blogerlər, ictimai fəalar surətli quruculuq işlərinə diqqət cəkərək sosial şəbəkələrdəki çıxışlarında  bunu həmin ərazilərə əsil sahibin qayıdışı kimi etiraf etmislər.

Sevda Bağırova,
Xətai rayonu, Elşad Yəhyayev adına 56 N-li tam orta məktəbin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü