12 dekabr 2023 15:04
152

30 il sonra evə dönüş...

Azərbaycan öz gücünü, qüdrətini, bölünməzliyini dəfələrlə tarix qarşısında təsdiq edən qədim ənənələrə malik bir dövlətdir. Tarixin çətin, keşməkeşli yollarından keçərək bugündə öz qüdrətini sübut edir. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ölkəmizi dünyaya qalib ölkə kimi tanıtdı, Ordumuzun məğlubedilməz gücünü bir daha təsdiqlədi. Biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Biz 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Biz daim istəmişik ki Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunsun, azərbaycanlı məcburi köçkünlər qayıtsın. Və biz istəyimizə nail olduq. Sentyabrın 27-dən başlayan 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılmasl ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan ordusu cəmi 44 günə hərbi yolla 30 ilin nisgilinə,acısına son qoydu.8 noyabr 2020-ci il,Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Dövlət başçımız  müharibənin ba-şa çatmasından təxminən 20 gün sonra - dekabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə demişdir:  “Bizim ölkəmiz üçün yei dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimi-zin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”.

Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuş-duran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. Bu ərazilərdəki bütün şəhər və kəndlər yenidən qurulur, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi üçün iqtisadi layihələr həyata keçirilir, o cümlədən sosial infrastruktur yenilənir. Geri qayıdan insanların əksəriyyəti artıq işlə təmin edilib.

Böyük Qayıdış bütün məsələlərə kompleks yanaşma tələb edir. 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. O bölgələr yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. Prezident İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.

İradə Musayeva,
YAP Xətai rayon təşkilatının üzvü