06 dekabr 2023 00:12
935

AXCP-dəki istefa dalğası Əli Kərimlinin “qurultay oyunu”nu pozdu

Son günlər Əli Kərimli sosial şəbəkələrdəki “statuslar”ından birində yazıb ki, AXCP-yə qurultay keçirməyə imkan vermədilər. “Sabaha - dekabrın 2-nə planlaşdırdığımız qurultayda partiyamızın yeni proqramını qəbul edəcəkdik...”

AXCP sədri qurultayın baş tutmama səbəbini sağa-sola fırlatsa da, məsələnin əsl mahiyyətini gizlətməyə, ictimai rəyi tamam başqa istiqamətə yönləndirməyə çalışıb. Əslində məsələ başqa cürdür. “Baş cəbhəçi” nə qədər çalışsa da cidanı çuvalda gizlədə bilmir.  Reallıq belədir ki, Ə.Kərimli  son günlər yaxın əlaltıları ilə “qurultay-qurultay oyunu” oynayarkən partiyada hadisələr tamam başqa cür cərəyan etməyə başladı. Belə ki, nisbətən sağlam təfəkkürlü gənclər partiyadakı avtoritar idarəçiliyə, qarşıdurmaya, söz azadlığının pozulmasına etiraz edərək nəhayət ki, konsturkitiv mövqe və rasional yanaşma nümayiş etdirərək AXCP-dən ard-arda istefa verirlər.

Təbii ki, Ə.Kərimlinin yalan vədlərinə inanaraq onun toruna düşən, uzun illər “yönünü” itirən, sərgərdan qalan bu gənclərin istefa ilə bağlı ərizələri, sosiol şəbəkələrdəki etiraf və bəyanatları AXCP sədrinin “qurultay oyununu” pozdu. Həm də partiyda baş verənlərin pərdəarxası məqamlarına aydınlıq gətirmək üçün münbit şərait yaradır. Məsələn, partiyadan istefa verənlərin əksəriyyətinin ərizələrində AXCP-nin rayon təşkilatının fəallarının və sədrlərinin adi insanları necə aldatması və onların pullarınını mənimsələri açıq-aşkar bildirilir. AXCP Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü, bir müddət AXCP Nizami rayon şöbəsinə sədrlik etmiş Seymur Əhmədzadənin partiyadan istefa verməsinin əsas səbəbi Ə.Kərimlinin  bir çox məsələlərdə tutduğu ikili mövqe, daha doğrusu, ikiüzlülüyü olub. S. Əhmədzadə yazır:” Mənim üçün nə qədər çətin olsa da düzgün qərar verməyimə tam əminəm. Bu gündən etibarən AXCP-dən istefa verirəm. İş tapşıranda dostum deyən, amma sonra profilaktik söhbət üçün çağırmışam deyən adamla bir yerdə ola bilmərəm”.

Bu günlərdə AXCP-dən istefa verən onlarla gənc bildirib ki, 2001-ci ildə AXCP sədrinin kreslosuna yiyələn Ə.Kərimli Qərbdəki ağalarının sifarişi ilə demokratiyadan, azad seçkilərdən danışsa da özü uzun illərdir ki, təşkilatda diktatura yaradıb. Məh onun partiyadaxili avtoritar idaərçiliyinin, intriqaçı düşüncəsinin, ittihamedici açıqlamlarının nəticəsində savadlı, rasional düşüncəli, sağlam əqidəli insanlar zaman-zaman partiyadan uzaqlaşıblar. AXCP-nin çikinədə bökünə də bələd olan bu şəxslər konkret faktlarla bildirilər ki, Ə.Kərimli partiyanı sosial şəbəkələrdə saxta profillər rəy yazan trolları vasitəsilə idarə edir. Məhz həmin trollar Ə.Kərimlinin hansısa səbəbdən qəzəbinə tuş gələn partiya üzvlərini sosal şəbəkə platformalarında daş-qalaq edirlər. Məsələn istefa verənlərdən biri yazır ki, AXCP sədri  “You Tube”kı uzun-uzadı monoloqları ilə nəinki cəmiyyəti, hətta partiya üzvlərini belə bezdirib.

Bütün bunlar bir daha təsdiq edir ki, Ə.Kərimlinin sosial şəbəkədəki “status”unda “AXCP-nin qurultayını keçirə bilmədik” deyə yazdıqları yalanlar, çək-çevirlər manipulyasiyadan başqa bir şey deyil. Necə deyərlər, “Yalan yalan içində, köhnə palan içində”. Belə şeylər, yəni-yalan-palanlar bildiyimiz kimi, həşəmətli “baş çəbhəçi” Ə.Kərimlinin köhnə şakəridir. Məsələnin əsl mahiyəti belədir ki, Ə.Kərimlinin  məkrli “qurultay oyunu”nu pozan AXCP-dəki kütləvi istefa dalğasıdır. Fizika elminə görə, dalğa rəqslərin  mühitdə yayılması prosesidir. Belə olan halda deyə bilərik ki, istefaların təlatümlü dağlası tezliklə AXCP-ni yıxacaq...

Zahid Rza, iki sahil”