14 noyabr 2023 16:20
92

Erməni vandalizmi

Bu günkü gündə vandal kəliməsini əbəs yerə ermənilərlə bağlı işlətmirik. Torpaqlarımızı işğal altında saxladığı dönəmdə bilərəkdən maddi –mənəvi dəyərlərimizi, abidələrimizi məhv etmişlər.

1993-cü il iyulun 23-nə qədər, erməni vandalları tərəfindən işğal və talan edilmiş Ağdam şəhəri  keçmiş SSRİ –nin bütün respublikalarına ixrac etdiiyi 16 şərab zavodu, 160 mindən çox əhalisi, iri sənaye müəssisələri , xammal, ipəkqurdu fabrikləri , kənd təsərrüfatı, xüsusən üzümçülüyü ilə məşhur idi.  Bugünkü günü işğal etdiyimiz ərazimizlərə ayaq basdıqda Pənahəli xan imarətini tövləyə çevrilmiş, içərisində inək və və donuz saxlandığının şahidi olduq.

Dünya əhəmiyyətli tarix-memarlıq abidələri arasında ən çox ziyan çəkəni e.ə. II minilliyin sonlarına aid olan və Orta Tunc dövrü insanlarının yaşayış izlərini daşıyan Üzərliktəpə arxeoloji abidəsidir. 1993-cü ildən ermənilərin işğalı altında olan abidə ərazisi 2019-cu ilə kimi mütəmmadi olaraq hər il ermənilər tərəfindən yandırılmışdır.

Ağdam rayonu ərazisindəki Qutlu Musa türbəsi baxımsızlıqdan qəzalı vəziyyətə düşmüş, türbənin fasadlarını bəzəyən unikal divar rəsmləri boyanaraq məhv edilmiş, interyerindəki oyma naxışlı daş plitələri isə dağıdılmışdır. Xurşudbanu Natəvanın qəbiüstü abidəsi Birinci Qarabağ müharibəsindən sonra tamamən dağıdılmış, qəbri təhqir olunmuş, Xurşudbanu Natavanın sümükləri isə çıxarılmışdır. 1985-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidəsi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib.

Dahi xanəndəmiz Bülbülün Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmış və 2020-ci ilədək erməni işğalı altında olmuşdur.

Mir Möhsün Nəvvabın  Muzey eksponatlarıerməni vandalları  tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində həm muzeyin binası və iki yüzə yaxın eksponatı məhv edilmişdir. İşğaldan sonra eksponatların çoxunu xilas etmək mümkün olmasa da bəzi eksponatlar indi İncəsənət Muzeyindədir

 Şuşa şəhərinin tarixi mərkəzində yerləşən abidələr şəhərin 90-cı illərdə ermənilər tərəfindən bombardman edilməsi zamanı ciddi zədə almışdır. 1992-ci ildə şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra burda olan İslam memarlıq nümunələrinin hamısı tamamilə və ya qismən dağıdılmışdır.

XIII əsrə aid Gəncəsər monastırı 1990-cı illərdə erməni silahlı birləşmələri tərəfindən məşvərət yeri və silah anbarı kimi istifadə edildiyinə görə dəfələrlə Azərbaycanlı hərbi birləşmələrin hücumuna məruz qalmış, monastırın fasadına qismən zərər dəymişdir. 2000–2002-ci illərdə monastırın dam örtüyü və interyerlərində ciddi təmir işləri aparılmış və ilkin memarlıq xüsusiyyətlərinə uyğun olmayan elementlər əlavə edilmişdir. 2011-ci ildən etibarən monastırın fasadlarının memarlığına müdaxilə edilmiş, kompleksi əhatə edən qala divarları müasir daşlarla üzlənmişdir.

1992-ci ildə Laçın rayonunun işğal edilməsi ilə ermənilərin nəzarəti altına keçən Sisərnəvəng monastırı 1999–2000-ci illərdə əsaslı təmir edilmiş, bu zaman abidənin dam örtüyü, fasadları və interyerinə ciddi dəyişikliklər edilmişdir.

Natəvan Babayeva,
YAP Xətai rayon təşkilatının "Fəzail Bayramov 10" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü