08 oktyabr 2023 16:41
592

Makronu gözləyən biabırçı son: Casus proqram təminatı ilə bağlı araşdırmada nələr var?

Araşdırma Fransa prezidentinin bir neçə ölkəni casus proqram təminatı ilə təmin etməkdə əli olduğunu üzə çıxarıb

Ekspert: Bu qalmaqal Makronun rəhbərlik etdiyi Fransanın beynəlxalq humanitar dəyərlər üçün yükə çevrildiyinin təsdiqidir və belə görünür ki, Yeliseydə pulun səsindən daha yüksək səs yoxdur

Avropa media qrupu tərəfindən “Predador” casus proqramı ilə bağlı aparılan araşdırmanın nəticələri belə nəticəyə gəlib ki, Fransa prezidenti Emmanuel Makron və onun müşavirləri Fransanın Softs Spy şirkətinə aid məhsulların bir sıra dövlətlərə satılmasına kömək ediblər.  “Predator” proqramı məlumatlar toplamaq, manipulyasiyaya məruz qoymaq və onların cihazlarını, internet hesablarını sıradan çıxarmaq məqsədilə insanları hədəfə alır.

Məlumatlar göstərir ki, 2018-ci ilin aprel ayında Yelisey sarayında Nixa və Mcn şirkətlərinin nümayəndələri ilə Makronun müşavirləri və sarayın təhlükəsizlik üzrə rəhbəri General Eric Pio Varina arasında görüş keçirilib. Məqsəd şirkətin öz məhsullarını təqdim etmək olub. Söhbət casus proqramından gedir.

Bu məsələ ilə bağlı Paris Məhkəməsi tərəfindən insanlıq əleyhinə cinayətlərə görə təhqiqat aparılıb. Onların Fransa fəaliyyətinə şübhələr yarandıqdan sonra və prokuror Jan-Fransua Rikarın istintaqı genişləndirməyi tələb etməsinə baxmayaraq 2019-cu ildə Paris hakimiyyətinin təzyiqi ilə məhkəmə bundan imtina edib.

Araşdırmalar Fransa prezidenti Makronun bir çox ölkəni casus proqram təminatı ilə təmin etməkdə iştirakını üzə çıxarıb  Yaxın günlərdə araşdırmanın digər hissələri də açıqlanacaq.

Bu skandal Makronun siyasi karyerasının sonu ola bilər. Aşkara çıxan faktlar onun Fransada siyasi fəaliyyət perspektivlərini zərbə altında qoyur.  Fransa prezidentinin bu qalmaqallı işdə əlinin olması Fransa Beşinci respublikasının dəyərlərini inkar etməkdir. Fransa hakimiyyəti tərəfindən casus proqamlarından qeyri-qanuni istifadə insan hüquqlarının kobud şəkildə pozulması, əsas azadlıqlara hücuma və demokratik dəyərlərə zərbədir.

Bu məsələ ilə bağlı araşdırma “hespress.com” saytında da yer alıb. Qeyd edilir ki, araşdırma prezident Makronun bir neçə ölkəni casus proqram təminatı ilə təmin etməkdə əli olduğunu üzə çıxarıb. Qeyd edilir ki, casus proqram təminatı sahəsində ixtisaslaşan fransız şirkəti “Nexa” öz məhsullarını bir sıra ölkələrə satmağa razılaşıb. Makron şirkətin proqram təminatının satışı ilə bağlı iclasda şəxsən iştirak edib. Onun keçmiş müşaviri həm də “Nexa” ilə smartfonları sındırmaq üçün nəzərdə tutulmuş “Predator” casus proqramını almaq niyyətində olan ərəb ölkələri arasında vasitəçi kimi çalışıb. Casusluq proqramları heç bir real nəzarət və ya məsuliyyət olmadan geniş və sərbəst dövriyyədədir. Avropa İttifaqı prosesə nəzarət edə bilmir və ya bunu istəmir. Beynəlxalq Amnistiya Təşkilatının Təhlükəsizlik Laboratoriyasının rəhbəri Ducha Ökerbhel hesab edir ki, Avropa İrrifaqı öz məsuliyyətindən yayınmağı dayandırmalı və bu şirkətlərə nəzarət etməlidir.

Fransa bu proqramları Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafiyə və liviyalı general Xəlifə Haftara verdiyi məlum olub.

Böhranların idarə edilməsi və risklərin təhlili üzrə beynəlxalq ekspert Əl-Buraq Şadi Abdel Salam hesab edir ki, Fransanın “Predator” qalmaqalının mərkəzindı olması və Yelisey sarayının  rəhbərlərinin satış prosesində iştirakı Makronun ikiüzlülüyünü  orataya qoyur. Belə ki, Makron əvvəllər buna görə Mərakeşi ittiham edib. Bzi beynəlxalq dairələr, xüsusən də Paris heç bir hüquqi əsas və arqument olmadan Mərakeşi bu işə cəlb etməyə çalışıblar. Ekspert qeyd edib ki, bu qalmaqal Makron üçün siyasi karyeranın sonu deməkdir: “Bu qalmaqal Makronun rəhbərlik etdiyi Fransanın beynəlxalq humanitar dəyərlər üçün yükə çevrildiyinin təsdiqidir və belə görünür ki, Yeliseydə pulun səsindən daha yüksək səs yoxdur.”

Anar Miriyev, "İki sahil"