10 oktyabr 2024 11:55
113

Azad olunmuş ərazilərimizdə şanlı Bayrağımız dalğalanır

Düz 21 il bundan əvvəl Azərbaycan xalqı İlham Əliyevı böyük etimad  göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçdi. O vaxt O öz xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan Bayrağını işğal altında olan bütün ərazilərdə,şəhər və kəndlərdə  ucaldacağınai nail olacaq ,Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 

Bu gün bütün Azərbaycan xalqı sevinc içindədir, başını uca tutur, heç kəsin qarşısında xəcalət çəkmir. Çünki torpaqlarımız işğaldan ardıcıllıqla 44 günlük 2 ci Qarabağ müharibəsində və ondan sonra azad oldu.

Milli Ordumuzun şücaəti, qazilərimiz və şəhid olan  balalarımızın canı ,qanı bahasına həyata keçdi. Bu qələbənin səbəbkarları ,vətən ,torpaq uğrunda gözünü belə qırpmadan ölümün ağuşuna atılan şəhidlərimizə Allahdan rəhmət diləyirik ,qazilərimizə şəfa diləyirik. Biz hamımız onlara əbədi borcluyuq.

Ən, nəhayət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023 cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu tarixi gün bəzi üzdəniraqlara və dünyaya sübüt etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır, bu torpağın sahibləri bizik, Azərbaycan xalqıdır

Hazırda bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır, həmin torpaqlarda quruculuq və abadlıq işləri gedir Hər birimiz Ali Baş Komandanımıza, dövlət başçımıza bu həyatı yaşamağı nəsib etdiyinə görə təşəkkür edirik

Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq!

YAŞASIN QARABAĞ!

YAŞASIN ŞANLI ORDUMUZ!

QARABAĞ AZƏRBAYCANDIR!

Rita Muradova,
Xətai rayonu, E.Yəhyayev adına 56 nömrəli məktəbin müəllimi