04 oktyabr 2023 21:41
80

Əlli ildən sonra yenidən Bakıda

Vətənim Azərbaycan siyasi arenada qazandığı uğurları ilə öz gücünü necə ortaya qoydu?  Bunun 44 günlük müharibə və 23 saat çəkən lokal antiterror əməliyyatlarında hərkəs şahidi oldu.

Nüfuzlu beynalxalq təşkilatların 30 ildə yerinə yetirə bilmədiyi mühüm bir dövlət əhəmiyyət daşıyan bir işi böyük uğurla həyata keçirdi. Xalqımızın 30 illik həsrətinə son qoydu. İşğal altında olan ərazilərimizi işğaldan azad etdi. Bunun Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və ordumuzun gücü ilə əldə etdik.  Azərbaycanın beynəlxalq arenada siyasi nüfuzunu daha da artırdı. Elə bunun nəticəsidir ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi Bakı şəhərində keçirildi. Azərbaycan kosmik sənaye quruculuq sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Belə ki, hər tərəfli dövlət dəstəyinin nəticəsi olaraq ölkəmizdə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış,telekommunikasiya peykləri orbitə buraxılmışdır. Bu bir tərəfdən ölkəmizin informasi təhlükəsizliyini təmin etməklə yanaşı digər tərəfdən xarici dövlətlərin peyklərindən dövlətimizin asılılı-

ğını aradan qaldırmışdır. Bu peyk şəbəkəsi ölkəmizin müstəqilliyinin qorunmasında eyni zamanda onun sosial-iqtisadi inkişafında mühüm rol oynamış, bu gündə buna dəstək verməkdədir. Peyk layihələrində, qazandığı uğurlar Azərbaycanımız dünya kosmik ailəsinin bir üzvünə çevrilmiş, beynəlxalq kosmik icmada böyük nüfuz qazanmışdır. İlk dəfə Ulu Öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə-1973-cü ildə Bakıda Beynəlxalq

Astronavtika Konqresi keçirilmişdir. Dünya miqyasında ən möhtəşəm tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin Azərbaycanda keçirilməsi ölkəmiz üçün möhüm tarixi əhəmiyyət daşıyırdı. Bu, dahi Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün gördüyü saysız-hesabsız xidmətlərindən biri idi. Bununla Ümumilli liderimiz Azərbaycanda kosmik böyük sənayenin inkişafının təməlini qoydu. Baxmayaraq ki, 1973-cü ildə Azərbaycan müstəqil deyldi və sovet ittifaqının tərkibində idi, o zaman keçirilən bu tədbir xalqımızın yüksək intellektual potensialını və texniki potensialını bütün dünyaya nümayiş etdirdi.

Ulu Öndər Heydər Əliyevin bu siyasi iradəsinin Prezident İham Əliyev bu gün uğurla davam etdirir. Son illərdə dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya İKT, həmçinin kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz kosmik proqramların hazırlanması və bunların reallaşdırılması  müstəqillik tariximizin ən böyük uğurlarından biridir. Son illərdə ölkəmizin orbitdə 3 peykə sahib olması Azərbaycanımız dünya kosmik klubunun fəal üzvünə çevrilməsinə səbəb olub. Və bununla informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu bir daha təsdiqləyib. 1950-ci ildən etibarən hər il təşkil olunan bu konqres kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzlərinin, və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, tədqiqatçıları, bir sözlə, dünyanın

70-ə  yaxın ölkəsində ümumilikdə 6000-dən çox mütəxəssisi bir araya qlobal platformadadır. Müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirin məhz Azərbaycanda keçirilməsi  ölkəmizin artan nüfuzundan xəbər verir və aydın məsələdir ki, ölkəmizdə kosmik sənayenin

İnkişafına mühüm təkan verəcək. Atdığın addımlar hər zaman belə möhkəm, uğurların bol olsun, AZƏRBAYCAN!

Ruhiyə Yusibova,
Xətai rayonu, Z. Əhmədov adına 64 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının fəalı