03 oktyabr 2023 19:07
130

Şanlı Zəfər tarixi

27 sentyabr 2020-ci il - Yaddaşlarımızdan heç vaxt silinməyən və heç bir zaman silinməyəcək, 44 gün davam edən vətən müharibəsi zamanı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, müzəffər ordumuz işğal altındakı ərazilərimizi azad etdi. Həmin unudulmaz, sevinc gözyaşları ilə dolu tarix, hər birimizin həyatında ən parlaq səhifəyə çevrildi.

Dünya buna şahid oldu ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi, gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdi.

Prezidentimiz İlham Əliyev təkçə hərb meydanında yox o eyni zamanda diplomatik cəbhədə də özünü ən yüksək səviyyədə nümayiş etdirdi. Cənab İlham Əliyev Azərbaycan xalqının haqq səsi oldu. Xalqı isə onunla vəhdət təşkil edib bu mübarizədə qələbəyə nail oldu.

Ön cəbhədə igid əsgərlərimiz öz canları, igidlikləri ilə böyük qəhrəmanlıq nümayiş etdirdilər. Vətən müharibəsində hər hər bir vətəndaş əlindən gələn köməyi əsirgəmirdi. Bu cəbhədə həkimlərimiz, müəllimlərimiz, sürücülər, zavod işçiləri vətən üçün çalışırdı.

Biz müəllimlər vətən övladları ilə - gələcəyin əsgərləri ilə vətənə olan sevgimizi paylaşırıq. Onlar bizdən Vətənə ana deməyi öyrəndilər. Fəxrimiz olan şagirdlərimiz sevdikləri torpaqlarımızı göz bəbəyi kimi qorumaqla sübut edir ki, bizim onlara olan töhvələrimiz əbəs deyil. Buna görə də hər bir şəhid olmuş, keçmiş və gələcək şagirdlərin dəyəri də biz müəllimlər üçün əvəzolunmazdır.

Müəllimlər şərəflə deyə bilər ki, tərbiyə etdiyi şagirdlər qəlblərində vətən sevgisinin alovunu yandırdı, “Qarabağ Azərbaycandır!” şüarı ilə döyüş meydanına atıldı və bizə 30 il gözlədiyimiz zəfəri yaşatdılar.

Böyük təəssüf hissi isə sevincimizlə yanaşı bizə qəm yaşadır.  “Torpaq uğrunda ölən varsa, vətəndir” düzdür. Vətən deyəndə adlarını unutmadığımız şagirdlər və onların təbəssümü bizim üçün sönməz qalacaqdır.

Vətən deyəndə, onun torpağına canını qurban vermiş Cəbrayıllar, Xudayarlar, Poladlar, Muxtarlar... və saysız hesabsız qəhramanları unutmadan deyə bilərik. Şəhidlər ölmür, onları tarixlər yaşadır və onlar hər zaman qəlblərdə yaşayacaqlar.

“Vətən Oğlu” adını daşımaq şərəflidir. Vətəni dünyaya bəyan edən, onun ərazi bötüvlüyünə cavabdeh olan seçilmiş vətən övladlarından biri də zamanında şagirdlik mərhələsini layiqincə keçmiş cənab ali baş komandan İlham Əliyevdir. Onun sözləri bundan sonrakı vətən övladları üçün ən şanlı şüara çevriləcək: “Əziz Şuşa sən azadsan!”

Ali Baş Komandan İlham Əliyevin yürütdüyü düzgün siyasət, eyni zamanda hərbi istiqamətlərdə göstərdiyi taktikası sayəsində dünya birliyi son 200 ildə Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasının şahidi olmuşdur.

Vətən müharibəsi və antiterror tədbirində bizimlə çiyin-çiyinə duran qardaş dövlət - Türkiyə Cumhuriyəti bir daha Azərbaycan və Türkiyə qardaşlığı haqqında yazılmış tarixin səhifələrində sadqliyini əks etdirdi. Sevincimizə və kədərimizə şərik olan Türkİyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bizim səsimizi dünyaya çatdırır. O bəyan edir ki,  Azərbaycanda keçirilən antiterror tədbirləri türk millətinin ədalət və mərhəmətinin təzahürüdür.

Azərbaycanın bötüvlüyü uğrunda göstərilən əzmkarlıq haqqında yeni-yeni şeirlər, hekayələr yazılacaq və nəğmələr söyləniləcək. Biz bilməliyik və şəhidlərimizi andığımız zaman qürurla deməliyik ki, biz şəhidləri əbədi yaşadan bir xalqıq. Sentyabr ayı isə Azərbaycan xalqı üçün zəfərin ilk günüdür.

Lalə Seyfulla,
YAP Xətai rayon təşkilatının "8 noyabr 159" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü