03 oktyabr 2023 16:46
366

İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü

Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Rayondan məcburi 52.000 əhali köçmüş və əksəriyyəti Mil və Muğan düzənliklərində qurulmuş cadır Şəhərciyində yerləşdirilib.2003-cü ildə Biləsuvar rayonu ərazisində qəsəbələr salınıb.Ətraf əlazilərdə cadırlarda yaşayan əhali bu qəsəbələrə köçürülüb.Saatlı və Sabirabad rayonları ərazisində olan cadır  düşərgələri 2007-ci ildə ləğv edilib .Hazırkı vaxtda Cəbrayıl rayonunun əhalisi 72 mindən artıqdır.2016-cı ilin aprel ayında 4 gün davam edən şiddətli döyüşlərdən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi düşməndən azad olundu.Ali Baş Komandan qəsəbənin açılışında demişdi: "Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir.Cocuq Mərcanlı onu göstərdi ki heç vaxt Azərbaycan xalqı işğalla barişmayacaqdır. Bizim işğal edilmiş torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır.

27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandirin  əmri ilə şanlı ordumuz-əks hücum əməliyyatına başladı və  oktyabr ayının 4 də  işğaldan azad olan ilk şəhər Cəbrayıl oldu . Cəbrayıl rayonunda gedən döyüşlərdə demək olar ki, düşmənin əsas qüvvələri məhv edildi.10 oktyabrda Hadrut ,tarixi körpülərimiz olan  Xudafərin işğaldan azad olundu. 44 günlük müharibədə 5 rayon ,2 şəhər tipli qəsəbə ,300 kənd ,Qarabağın tacı olan Şuşa işğaldan azad edildi.Zəfər tarixindən 8 gün sonra Cəbrayıl və Füzuli rayonlarına səfər edən Prezident İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu.Növbəti layihənin uzunluğu 43 kilometr olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu  2021-ci il 14 fevralda uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimi oldu.

2021-ci ildə Cəbrayıl rayonunda Araz Vadisi sənaye parkının təməli qoyuldu .Həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi , siyasi gücünün növbəti təzahürüdür. Bu gün bütün dünya Azərbaycanın işğaldan azad olunan ərazilərində gördüyü işləri heyranlıqla izləyir. İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü . Cəbrayılın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin .

İlkanə Quluzadə,
YAP Xətai rayon təşkilatının "Cavansir 12" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu