04 oktyabr 2023 16:45
231

Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib

Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə bərabər, onun sosial-iqtisadi inkişafına da mühüm təsir göstərib. Uğurlu peyk layihələri sayəsin­də Azərbaycan dünya kosmik ailəsinin fəal üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz sahibi kimi tanınıb. Kosmik sənaye və peyk xidmətləri sahə­sində əldə edilən təcrübənin, formalaşan yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Kon-qresinə evsahibliyi etmək hüququ qazanıb.

Prezident İlham Əliyev bütün bu qeyd edilənlərə əsaslanaraq ötən il fev­ralın 7-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitə­sinin yaradılması haqqında sərəncam imzalayıb və dünən başlanan tədbirin yüksək səviyyədə reallaşması istiqamə­tində həmin tarixdən etibarən bir sıra mühüm layihələr reallaşdırılıb.

Həyata keçirilən bütün bu tədbirlər müharibə şəraitində yaşayan ölkəmizin kosmik sənayesinin inkişafına böyük təkan verdi, Azərbaycanın informasiya təhlükəsizliyini şərtləndirdi, respubli­kamızda, bölgədə, dünyanın istənilən nöqtəsində baş verən hadisələri iz­ləməyə şərait yaratdı, kənd təsərrüfatı­nın tərəqqisini sürətləndirdi, ekoloji və­ziyyətə nəzarəti, torpaqlardan səmərəli şəkildə istifadə edilməsini gücləndirdi, telekommunikasiya sektorunda xarici asılılığı aradan qaldırdı, ixracatçıya çev­rilməyi reallaşdırdı

Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Ölkəmiz öz gözəlliyinə, inkişafına və digər keyfiyyətlərinə görə diqqət mərkəzindədir. Ölkəmizdə son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin dövlət maraqlarımıza uyğun formada keçirilməsi də təqdirəlayiqdir.

Türkan Ağaverdiyeva,
YAP Xətai rayon təşkilatının fəalı