04 oktyabr 2023 10:31
95

Qarabağ və Şərqi Zəngəzur inkişaf edən bölgələrə çevrilir

44 günlük Vətən müharıbəsi böyükqələbə ilə başa çatdı.  Azərbaycan öz torpaqlarını geri qaytardı.

Ölkəmiz üçün yeni bir mərhələ başladı. Bu mərhələ işğalın nəticəsini aradan qaldırmaqdan ibarətdir. Bu iş yetəri qədər maliyyə və güc tələb edir. Dağıntıları aradan qaldırmaq,yeni binalar tikmək, qaçqınları öz torpaqlarına geri qaytarmaq dövlətimizin ən ümdə vəzifələrindən biridir. Bərpa və abadlıq işləri planlı şəkildə aparılır. Quruculuq işləri tam sürətlə davam edir. Güləbird Su-Elektrik Stansiyası, 7 yarımstansiya, Suqovuşan və

Talışa gedən yollar istifadəyə verilib. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı,  Ağalıda “Ağıllı kənd” kimi nəhəng və möhtəşəm layihələr tam başa çatdırılıb. Şuşanın su və elektrik təchızatı təmin edilib, Bülbülün ev- muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəylinin heykəli, Xarıbülbül və Qarabağ hotellərinin açılışı baş vermişdir. 2022 mayın 10-da istismara verilən Şuşa Rəqəmsal idarəetmə Mərkəzi işğaldan azad edilmiş Qarabağda yenidənqurma prosesini daha sürətləndirəcək. Hadrutda inşa edilən qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi isə xüsusilə əhəmiyyətli yarımstansiyadır.

Prezident İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi Zəngilan Beynəlxalq Hava Limanı da qısa müddət ərzində həyata keçirilən layihələrdən biridir.

Hazırda Ağdamda125 minlik əhali tutumu olan müasir ağıllı şəhərin salınması sürətlə davam edir. Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi,Xurşudbanu Natəvanın qəbirüstü abidəsi, Ağdam Cümə  Məscidi yenidən bərpa olunur. Cənab Prezident İlham Əliyev Ağdam rayonunda “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “ Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etmişdir. Hal hazırda Laçın   Beynəlxalq Hava Limanının inşası davam edir. Zəngilan rayonunda” Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin 1-ci mərhələsinin açılışı olmuşdur. Qarabağda qısa müddət ərzində həyata keçirilən bərpa işləri heyrət doğurur. Uzun illər ərzində ata-baba yurdundan didərgin düşən vətəndaşlarımızın bir hissəsi öz torpaqlarına qayıtmışlar.   Yenidənqurma ışləri isə tam sürətlə davam edir. Hal hazırda davam edən işlər birbaşa cənab Prezidentin nəzarətindədir.

Aybəniz Məmməd-zadə ,
Xətai rayonu 63 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının "Mədinə Gülgün kücəsi 1" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu