03 oktyabr 2023 19:20
78

Azərbaycan azad olunmuş ərazilərdə sıfırdan müasir kəndlər və şəhərlər inşa edir

XX əsrin 80 – ci illərinin sonlarından Qarabağ və ətraf bölgələrdə başlanan qarşıdurmalar getdikcə daha da kəskinləşdi. Öz havadarlarından kömək alan ermənilər genişmiqyaslı hücümlara başladılar.Bir – birinin ardınca şəhər və kəndlərimizi işğal edir  insanlarımızı qətl  edirdilər. Erməni daşnakları nəinki Dağlıq Qarabağı hətta ətraf rayonları da işğal etdilər. BMT nin Təhlükəsizlik Şurasının  qəbul etdiyi qərarların heç biri yerinə yetirilmədi. 30 ilə yaxın torpaqlarımız işğal altında qaldı. Bu müddətdə kəndlərimiz şəhərlərimiz talan edilmiş və viran qoyulmuşdur. Demək olar ki vandallar daşı daş üstə qalmağa qoymamışdılar.

2020 – ci il sentyabrın 27 – də düşmən yenidən təxribata əl ataraq hücuma keçməyə cəhd etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə güclü və hər zaman hazirlıqlı olan ordumuz əks hücüma başladı. Döyüşlər 44 gün davam etdi . Nəticədə biz qalib gələrək düşmən tapdağından torpaqlarımızı azad etdik.

Bu gün işğaldan azad edilən ərazilər böyük tikinti meydanlarına çevrilib. İşin həcmi və sürəti hər kəsi heyrətləndirir. Dövlətimiz ermənilərin talayıb dağitdığı şəhər və kəndləri bərpa edir  yenidən tikib qurur, demək olar ki, sıfırdan şəhər və kəndləri inşa edir. Bu  yolda bizim üçün ən çətin maneə torpaqlarımızın minalanmasıdır. Bu ,tikinti abadlıq işlərini ləngitsədə biz bunun öhdəsindən gələ bilirik.

Prezident İlham Əliyevin azad olunmuş ərazilərin bərpası ilə bağlı özünəməxsus baxışı var.Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan  “Ağıllı kənd “,  “ Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq.

Bütün dünyada “ Ağıllı kənd “ layihələrinin həyata keçirilməsində məqsəd yəni kənd yerlərində insanlara elə şərait yaradılmalıdır ki,əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Dövlətimiz belə bir uğurlu layihəni ilk dəfə Zəngilan rayonunun Ağalı kəndində uğurla həyata keçirdi.

Burada kommunikasiya, isitmə sistemləri ağıllı texnologiyalar əsasinda qurulub , müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri yaradılıb.

İşğaldan azad edilmiş bölgələrdə nəqliyyat  infrastrukturunun  yenidən qurulmasına xüsusi  diqqət yetirilir. Yeni yollar salınır. Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə bir  çox avtomobil yolu - Zəfər yolu, Tərtər –Suqovuşan – Talış kəndi istiqamətində salınan yol artıq istifadəyə verilib. Tikinti bərpa işləri bu gün də davam edir.Dəmir yolları  tamamilə yenidən cəkilir. Çünki işğalçılar bütün dəmir yol xəttlərini  talan etmişdilər.

Qısa müddətdə Füzuli və Zəngilanda hava limanı istifadəyə verildi. Bu bizim üçün hərbi iqtisadi və siyasi   baxımdan çox önəmlidir.  Daha bir hava limanı da Laçında inşa olunur. Laçın aeroportu 2024 – cü ildə istifadəyə veriləcək.

Minaların təmizlənməsi və infrastrukturun bərpası işlərindən sonra ,2022- ci ildən başlayaraq məcburi köçkünlərimiz mərhələ - mərhələ öz dədə- baba yürdlarında məskunlaşdırılmağa başlanılmışdır. Burada insanların rahat yaşaması üçün hər şərait yaradılıb.  Həyat Qarabağda canlanır və yavaş – yavaş  öz axarına qayıdır.

Zemfira Şərifova,
Xətai rayonu 63 saylı tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının "Mədinə Gülgün kücəsi 1" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu