04 oktyabr 2023 10:12
124

Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir

Ölkəmizin istənilən bölgəsi günü gündən çiçəklənib inkişaf etməyə davam edir. Sağlam  təməl üzərində qurulan ölkə hər zaman uzun müddətli inkişaf prespektivi qazanır. Şəhərlər kəndlərdən danışarkən illərdir düşmən tapdaqları altında qalan torpaqlarımızın 2020-ci il müzəffər Azərbaycan ordusu tərəfindən azad olunmuş ərazilərimizdə davam edən yeniliklər haqqında xüsusi ilə qeyd etmək lazımdır. Belə ki , quruculuq işləri 21-ci əsrin əvvəllərindən həyata keçilməyə başlanılmış və Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir.Bir çox ailə artıq öz əzəli torpaqlarına dönməyə başlamışdır.Zamanla digər  insanlarda müraciətlər edərək öz torpaqlarına dönmək istədiklərini bildirirlər. Bu təbii ki ,azad olunan ərazilərimizdə buranın əhalisi üçün tikilən evlər və digər quruculuq tədbirləri sayəsində olmuşdur. Erməni vəhşiliyinin qurbanı olmuş tarixi abidələrimiz bərpa olunur ,şəhərlər yenidən qurulmağa başlanır,yollar çəkilir. İlk öncə isə  Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər. Zəngilanda “ağıllı kənd” layihəsi , Füzulidə hava limanı ,zəfər yolunun çəkilməsi Qarabağa dönüşümüzün ən gözəl müjdəsidir.Dünyanın bir çox ölkələrinin gündəmini pandemiyanın,iqtisadi problemlərinin işğal etdiyi zamanda Azərbaycan yüksək hazırlıqlı ordusu,düzgün xarici siyasəti sayəsində uzun illərdir arzuladığı o böyük zəfərə nail oldu və bu səbəbdən beynəlxalq ictimaiyyətin müsbət mənada böyük diqqətini özünə çəkdi.Abidələrimizə gəldikdə isə biz bilirik ki , Qarabağ istedadlı şəxsiyyətləri ilə daim tanınan bölgəmiz olmuşdur. Burada onlara aid abidələr və muzeylər erməni vəhşiliyi ucbatından darmadağın olmuşdur. Torpaqlarımız işğaldan azad olduqdan qısa zaman sonra Bülbülun ev muzeyi , Molla Pənah Vaqifin məqbərəsi və büstü , Üzeyir bəy Hacıbəylinin heykəli bərpa olundu. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva  Xurşidbanu Natəvanın abidəsinin açılışında şəxsən iştirak etmişlər. Nəzərə almaq lazımdır ki, yenidənqurma işlərinin inşası davam edir . Burada məktəb binaları , xəstəxanalar , yaşayış evləri tikilir.2023-cü ilin yeni tədris ilində işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərən yeni məktəb binalarında  “zəng” çalınması tədqirəlayiq hadisədir. Bərpa prosesi cənab Prezident , Ali Baş Komandan İlham Əliyevin birbaşa tapşırıqları ilə həyata keçirilir.

İcrası başa çatan Güləbird Su-Elektrik stansiyası , 7 yarımstansiya ,Suqovuşan və Talışa gedən yollar istifadəyə verildi. Prezident İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva açılışlarda şəxsən iştirak etmişlər. Bununla yanaşı qeyd etməliyik ki , Fizüli ilə yanaşı Zəngilanda da hava limanı istifadəyə verilmiş və buradakı açılışda Cənab Prezidentimizlə yanaşı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir. Bu gün Azərbaycan bir çox ölkələri öz inkişaf yolu ilə geridə qoyur. Qarabağda qısa müddət ərzində həyata keçirilən bərpa işləri sözün əsl mənasında heyrət doğurur. Rəcəb Tayyib Ərdoğan Zəngilanda çıxış edərək : “işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında qısa zamanda bu cür müasir hava limanı açmaq , bu qədər çətin dövrdən sonra hər ölkənin işi deyil”. Bizim gücümüz artıq təkcə qonşu ölkələrdə deyil dünya səviyyəsində özünü göstərir və Azərbaycan daim inkişaf edir və bundan sonra da daim inkişaf edəcək.Xalqın dəstəyi sədaqəti , dövlətin qayğısı “dəmir yumruğ”u daha da möhkəmləndirəcək daim inkişafda olan olan Azərbaycan daha da çiçəklənəcəkdir.

Səbinə Axundzadə,
YAP Xətai rayon təşkilatının üzvü,
Bakı şəhəri, Xətai rayonu, 58 №-li tam orta məktəbin psixoloqu