04 oktyabr 2023 14:55
268

Azərbaycan növbəti dəfə Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi

Prezident İlham Əliyevin sentybarın 28-də Cəbrayıla və Zəngilana səfər etməsi xüsusi əhəmiyyət daşıdı. Biz növbəti dəfə cənab Prezidentin bir sıra müəssisələrin, yaşayış massivlərinin təməlqoyma mərasimində, həmçinin açılışında iştirak etdiyini qürurla izlədik. Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş rayonlarımızı yenidən qurur. Rayonlarımız, həmçinin Cəbrayıl rayonu, Zəngilan rayonu müasir, infrastruktru ən yüksək səviyyədə olan rayonlar olacaqlar. Azərbaycan növbəti dəfə Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Azərbaycanın təşəbbüsü ilə keçirilən Milli Şəhərsalma Forumunun növbəti məkanı Zəngilan rayonu oldu. Tarixə Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu kimi yazılan bu tədbirin mövzusu özündə bütün məqamları ehtiva edir.  Bu dəfə dünyanın 53 ölkəsindən 200-ə yaxın qonağı, ümumilikdə 400 iştirakçını bir araya gətirən Zəngilan oldu. Sentyabrın 29-da keçirilən Forumda dövlət başçısı İlham Əliyev bir daha işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları barədə tədbir iştirakçılarına geniş məlumat verdi. “Ağıllı kənd”i Ağalı ilə dünyaya səs salan Zəngilan rayonunun timsalında dövlət başçısı İlham Əliyev bütün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin aydın mənzərəsini təqdim etdi. Qeyd edək ki, ötən il Ağdam şəhərində keçirilən Foruma 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox iştirakçı qatılmışdır. Müqayisəli təhlil əsasında iştirakçı ölkələrin say tərkibində artımın şahidi oluruq. Bu, Forumun əhəmiyyəti ilə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstəyin göstəricisidir. Forum əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində, şəhərsalma təcrübəsinin bölüşməsində, səylərin birləşdirilərək hədəflərə doğru inamla addımlamaqda öz sözünü deyir və deyəcək. Ümumilikdə Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradır və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayır. Bu Forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Bu gün artıq Cəbrayılda, həmçinin Zəngilanda, digər rayonlarımızda yaşayış binaları, inzibati binalar inşa olunur. Quruculuq işləri Cənab Prezidentimizin xüsusi diqqətindədir. Artıq Cəbrayıl və digər işğaldan azad olunmuş rayonlarımız dirçəliş dövrünü yaşayır. Bütün işlər planlaşdırılımış qaydada həyata keçirilir. Məsələnin diqqətçəkən məqamı həm də ondan ibarətdir ki, quruculuq işlərinə cənab Prezident şəxsən nəzarət edir və bu prosesə müstəsna töhfəsini verir. “Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, insanlar erməni işğalından çox əziyyət çəkiblər. Çətin şəraitdə yaşayıb, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından, öz Vətənlərindən məhrum ediliblər. Onlar bu imkanı, fürsəti 30 il gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi onlara bu şəraiti yaratdı.  Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmiş torpaqların azad edildiyi günü gözləyirdilər ki, onlar öz doğma yurdlarına qayıtsınlar. Artıq şükürlər olsun ki, bu arzular reallaşır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Hətda heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar. Biz çox sevinirik ki, məcburi köçkünlər azad olunmuş torpaqlara getməyə, orada yaşayıb yaratmağa tələsir. Yeni şəhər və kəndlərimiz müasir texnologiyalar əsasında tikilir. Ölkəmiz bu yeniliklər sırasında “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini təqdim edir. Ağdam şəhəri “ağıllı şəhər”, Zəngilanın Ağalı kəndi “ağıllı kənd” layihəsinin ilk iştirakçılarıdır. Milli Şəhərsalma Forumunun ilk olaraq bu məkanlarda keçirilməsində də bu amilin rolu böyükdür. Zəngilan mühüm nəqliyyat qovşağı kimi qəbul edilir. Onu da qeyd edək ki, ötən il Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilməklə Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. İşğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava limanlarının tikintisi nəzərdə tutulmuşdur ki, artıq onların ikisi-Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın Beynəlxalq Hava Limanın istifadəsi 2024-cü ilin sonu 2025-ci ilin əvvəli üçün nəzərdə tutulub.  Çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.

Zəngilan rayonunun timsalında digər işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaranır. Bu mühüm qürurverici hadisəni də qeyd edək ki, artıq dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən şəhərlərimizin işğaldan azad edildikləri tarixlər şəhər günləri kimi təsis edilib. Zəngilan rayonunun timsalında digər işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaranır. Bu mühüm qürurverici hadisəni də qeyd edək ki, artıq dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən şəhərlərimizin işğaldan azad edildikləri tarixlər şəhər günləri kimi təsis edilib. Artıq Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəmizi yaratmışıq və ərazi bütövlüyümüzü tam təmin etmişik. Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri